Icma.az
close
up
RU
“Ukraynanın zərbələri nəticəsində 20 rus təyyarəsi sıradan çıxıb” ABŞ kəşfiyyatı açıqladı

“Ukraynanın zərbələri nəticəsində 20 rus təyyarəsi sıradan çıxıb” ABŞ kəşfiyyatı açıqladı

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İyunun 1-də Ukrayna kəşfiyyatının Rusiya hərbi aerodromlarına endirdiyi zərbələr nəticəsində Rusiyaya məxsus 20 hərbi təyyarənin sıradan çıxarıldığı bildirilir.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Amerika kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb.

Məlumata görə, bu təyyarələrdən 10-u tamamilə məhv edilib, 10-u isə ciddi zədələnib. Bu rəqəm Ukrayna Prezidenti Volodimir Zelenskinin daha əvvəl açıqladığı göstəricidən aşağıdır. Zelenski hücum nəticəsində 41 təyyarənin zərər gördüyünü və onların yarısının bərpa olunmaz vəziyyətdə olduğunu demişdi.

Buna baxmayaraq, “Reuters”ə danışan amerikalı mənbələr hücumun strateji əhəmiyyətini vurğulayıblar. Onlardan biri ehtimal edib ki, bu hücum Rusiya tərəfinin atəşkəs danışıqlarında daha sərt mövqe tutmasına səbəb ola bilər.

Amerikalı rəsmilər bildiriblər ki, Vaşinqton bu əməliyyatdan öncədən xəbərsiz olub. ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Tor” adlı bu əməliyyatın bölgədə eskalasiya riskini artırdığını bildirib. Onun sözlərinə görə, zərbələr Rusiyanın nüvə triadasının dayaqlarından biri olan aerodromlara endirilib.

Qeyd edək ki, hücum edilən bazalardan biri – Murmansk vilayətində yerləşən "Olenya" aviabazası – strateji Tu-22M bombardmançı təyyarələrinin yerləşdiyi obyektlərdəndir.

Ukraynanın bu hücumları ABŞ-da siyasi dairələrdə də narahatlıq doğurub. ABŞ Prezidenti Donald Tramp çərşənbə günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. O, Putinin bu hücumlara cavab verəcəyini açıq şəkildə bəyan etdiyini deyib:

“Putinlə bir saatdan artıq davam edən danışığımız oldu. O, Ukraynanın aerodroma hücumunu çox sərt şəkildə qiymətləndirdi və bu hücuma cavab verəcəyini dedi,” – deyə Tramp qeyd edib.

Rasim Əliyev
AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri