Ukraynanın vurduğu tanker tamamilə sıradan çıxıb Qiyməti 30 milyon dollardır
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verildiyi kimi, Ukrayna hərbçiləri Qara dənizdə Rusiyanın "kölgə donanmasına" məxsus daha bir tankeri PUA-larla vurub. Söhbət Qərbin sanksiyalarına məruz qalan "Dashan" gəmisindən gedir.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbə "Ukrinform"a məlumat verib: "Tankerə ciddi ziyan dəyib və ilkin məlumatlara görə, gəmi sıradan çıxıb. Gəminin dəyəri təxminən 30 milyon dollardır və tək bir səfərdə 60 milyon dollar dəyərində neft məhsulları daşıyırdı".
Məlumatda deyilir ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) 13-cü Hərbi Əks-Kəşfiyyat Baş İdarəsi və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatıdır.
"Dashan"a hücum barədə Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli olan "Rıbar Telegram" kanalı da məlumat verib. Həmin məlumata görə, tanker Odessa bölgəsindən buraxılan üç dəniz dronu tərəfindən vurulub.
"Bloomberg" gəminin Ukrayna ərazi sularında vurulduğunu və ciddi ziyan gördüyünü bildirib. Hücumda "Sea Baby" dronlarından istifadə edilib. "Dashan" təxminən 1 milyon barrel tutumlu "Suezmax" tankeridir. Hücum zamanı gəminin boş olduğu ehtimal olunur. Başqa bir mənbə bildirib ki, Komor adaları bayrağı altında üzən gəmi transponderini söndürüb və Novorossiysk limanında Rusiyanın Urals markalı xam neftini yükləməyə gedirmiş. Əvvəllər gəmi tez-tez Hindistan limanlarına (Sikka) baş çəkib. "The Insider" qəzetinin yazdığına görə, gəmidən özəl neft emalı zavodu "Reliance Industries Ltd." və dövlətə məxsus "Bharat Petroleum Corp. Ltd." şirkətləri istifadə edib.
Qeyd edək ki, bu, son iki həftə ərzində Rusiya ilə əlaqəli gəmilərə edilən beşinci hücumdur.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 11 Dekabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















