Icma.az
close
up
RU
“Ukraynaya qalib gəlmək çətin olacaq” ŞƏRH

“Ukraynaya qalib gəlmək çətin olacaq” ŞƏRH

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna yığması ilə qarşılaşacaq. Bakıda keçirilən ilk görüş bərabərliklə başa çatmışdı. Bəs bu gün millimiz Ukraynanı məğlub edə bilər?

Futbol eksperti Aslan Kərimov Metbuat.az-a açıqlamasında bildirib ki, rasional olmalıyıq, çünki biz milli komanda olaraq bu qrupun autsayderiyik:

"Bizdən öndə olan millilər, məsələn, İslandiya, Ukrayna, Fransa bizdən qat-qat güclüdürlər. Onların üstünlüyünün əsas səbəbi isə həmin komandaların oyunçularının daha güclü liqalarda oynamaqlarıdır. Bu müqayisəni etdikdə görürük ki, onlar bizdən xeyli öndədirlər. Bakıdakı heç-heçəyə gəlincə, təbii ki, istənilən oyunda bu cür güclü komandalar qarşısında xal qazanmaq mümkündür. Bir az bəxtimiz gətirsə, bu baş verə bilər. Həmin oyunda ukraynalılar topa sahib olma və hücum baxımından dominant idilər. Biz isə nadir əks-hücumlarımızdan birində penalti qazanaraq hesabı bərabərləşdirdik".

A.Kərimovun sözlərinə görə, bugünkü qarşılaşma daha çətin olacaq. Bunun da bir neçə səbəbi var:

"Əvvəla, bu oyun ağır Fransa matçından cəmi üç gün sonra keçirilir. Oyunçularımız fiziki baxımdan tam bərpa ola bilməyəcəklər, çünki belə sıx tempdə oyun keçirməyə adət etməyiblər. Digər tərəfdən, Ukrayna millisi üç gün əvvəl İslandiya üzərində 5:3 hesabı ilə qələbə qazanıb. Biz həmin İslandiyaya 0:5 uduzmuşduq. Bu fakt onların hücum potensialının yüksək olduğunu göstərir. Uzun sözün qısası, bu oyunda qalib gələcəyimizi və ya heç-heçə edəcəyimizi demək çətindir. Hesabı proqnozlaşdırmaq mümkün deyil"

Ekspertin fikrincə, budəfəki oyun yenə Ukrayna millisinin hücum üstünlüyü ilə keçəcək:

"Biz daha çox müdafiə olunmalı, rəqibi əks-hücumlarda yaxalamağa çalışmalı olacağıq. Əsas məsələ bizim əks-hücuma çıxarkən müdafiəyə keçidi düzgün qura bilməmiz və qapımızı toxunulmaz saxlamağımızdır. Bunların hamısı oyunun gedişində aydın olacaq. Məncə, Ukrayna millisinə qarşı xal qazanmaq bizim üçün çox çətin olacaq. Yorğun vəziyyətdə ikinci oyuna çıxmaq hər zaman ağır olur. Reallıq baxımından desək, bu matçda bizim təxminən 15–20 faiz qələbə, 80 faiz isə məğlubiyyət ehtimalımız var".

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Sevinc İbrahimzadə / Metbuat az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri