Icma.az
close
up
RU
“Ukraynaya qarşı gecə hücumları və cavab zərbələri“ Ukrayna KİV ləri

“Ukraynaya qarşı gecə hücumları və cavab zərbələri“ Ukrayna KİV ləri

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Enerji infrastrukturu, neft terminalları və böyük şəhərlə əsas hədəfə çevrilib..."

Kiyev əsas hədəf olub

Ukrayna KİV-lərinin yazdığına görə, 14 noyabr gecəsi Rusiya Ukraynaya qarşı ən böyük kombinə edilmiş hücumlardan birini həyata keçirib. Hücum zamanı təxminən 430 kamikadze dronu və 18 raket buraxılıb. Əsas istiqamət paytaxt Kiyev olub. Həmçinin Xarkov, Odessa, Poltava və Sumı vilayətlərində də dağıntılar qeydə alınıb.

Moderator.az xəbər verir ki, Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına görə, 419 hava hədəfi məhv edilib, lakin buna baxmayaraq, raketlərdən və 23 pilotsuz uçuş aparatından bəziləri kritik infrastruktura düşüb. Kiyevdə çoxmərtəbəli yaşayış binaları, bir sıra obyektlər və Azərbaycanın səfirliyi zərər görüb. Zelenskinin sözlərinə görə, hücum əvvəlcədən hesablanmış və məqsədi "maksimum mülki dağıntı" olub.

Məlumata görə, ölənlər var, yaralıların arasında uşaqlar və hamilə qadın da var. Enerji sisteminə ziyan səbəbindən bir sıra vilayətlərdə elektrik verilişində növbəli məhdudiyyətlər tətbiq olunub. "Ukrenerqo" xəbərdarlıq edib ki, günün pik saatlarında işıq kəsintiləri artırılacaq.

Rusiya ərazisinə zərbələr  endirilib

Eyni gecə Ukrayna genişmiqyaslı cavab zərbələri endirib. Ukrayna Baş Qərargahı bildirib ki, hücumlar həm Rusiya ərazisindəki, həm də müvəqqəti işğal olunmuş regionlardakı hərbi və enerji obyektlərinə yönəlib. Zərbələr zamanı "Flamingo" tipli yeni raketlər, həmçinin hücum PUA-ları tətbiq olunub.

Ən böyük zərbələrdən biri Rusiyanın Novorossiysk limanına olub. Burada yerləşən və Rusiyanın dəniz neft ixracının ən böyük qovşağı sayılan "Şexaris" neft terminalı ciddi zədələnib, yanğın baş verib, bir neçə gəmi və yaşayış binaları zərər görüb. Rusiya tərəfi yaralıların olduğunu təsdiqləyib. Ukrayna həmçinin Krımda "Kirovskoe" hava limanına, raket anbarlarına, PUA bazalarına və radar stansiyalarına zərbələr endirib.

"Rusiyanı yalnız güc və sanksiyalar dayandıra bilər"

Prezident Vladimir Zelenski bildirib ki, Ukrayna uzaqmənzilli imkanlarını artırır və tərəfdaşlardan əlavə hava hücumundan müdafiə sistemləri gözləyir. Onun sözlərinə görə, əgər Qərb sanksiyaları tam tətbiq etsə və hərbi dəstəyi artırsa, Rusiya bu hücumları davam etdirə bilməyəcək. O, gələcək addımları Finlandiya prezidenti Aleksandr Stubb ilə də müzakirə edib.

Bu hücum və cavab hücumu göstərir ki, müharibə həm cəbhədə, həm də infrastruktur səviyyəsində yeni mərhələyə daxil olur. Rusiya Ukraynanın enerji sistemini hədəf alır, Ukrayna isə Moskvanın neft-logistika şəbəkəsini sıradan çıxarmağa çalışır. Münaqişənin intensivliyi azalmır, əksinə, qarşılıqlı zərbələr müharibənin daha dağıdıcı mərhələyə keçdiyini göstərir.

Moderator.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri