Ukraynaya qayıt, səni həbs etməyəcəyik Zelenski ölkədən qaçıb?
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Prezident Volodimir Zelenskini ölkəyə qayıtmağa çağırıb.
O, hələlik dövlət strukturlarında baş verən korrupsiya halları ilə bağlı Zelenskinin həbs olunmayacağını bildirib.
“Volodimir Oleksandroviç, sizi də yaxın vaxtlarda (Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm) Umerov kimi ovlayacağıq. Ukraynaya qayıdın. Sizi hələlik həbs etməyəcəklər. Niyə isti yerlərə qaçırsınız? Gəlin, sizi dəstəkləyən insanlarla, sizə səs verənlərlə danışın. Onlara “Karlson” haqqında məlumat verin (korrupsiya sxemində adı hallanan biznesmen Timur Mindiç istintaq materiallarında bu adla qeyd olunub)”, - o bildirib.
Volodimir Zelenski Ukraynanın dövlət strukturlarında korrupsiya sxeminin üzə çıxması fonunda xarici səfərdədir. Ukrayna prezidenti bundan əvvəl Yunanıstan və Fransanı ziyarət edib, çərşənbə axşamı İspaniyaya gəlib, sabah Türkiyəyə getməyi planlaşdırır. Zelenskinin Ukraynaya qayıdacağı tarix məlum deyil.
Həmçinin Umerov bir həftədən artıqdır xaricdədir. Ukrayna KİV-lərində onun adı korrupsiya işi əlaqələndirilib. Bəzi yüksək vəzifəli şəxslər bu çərçivədə istefaya göndərilib. (bakupost)
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:49
Bu xəbər 18 Noyabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















