Icma.az
close
up
RU
Ukraynaya qisas imkanı verməyək!

Ukraynaya qisas imkanı verməyək!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransa ilə oyunu arxada qaldı. Ancaq sürəti azaltmaq olmaz. Ona görə ki, qarşıda hələ Ukrayna ilə matç var. Tərslikdən həmin görüş də səfərdədi. Bu o deməkdi ki, Parisdə çətin sınaqla üz-üzə qalan komandamız, demək olar ki, fasilə vermədən növbəti qarşılaşmaya köklənməlidi.

Qısası, yığmamızı indi də Polşanın Vrotslav şəhərinə səfər gözləyir. Etiraf edək ki, bu dəfə o qədər də narahat deyilik. Hər halda, Ukrayna millisi bizim üçün keçilməz sədd deyil. Ancaq yenə də ehtiyatlı olmalıyıq. Axı sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda bu rəqibin əsəbləriylə oynamışıq (1:1). Bəs, bu dəfə necə olacaq? Bunu öyrənmək üçün gözünüz “CBC Sport”un canlı efirində olsun.
DÇ-2026-nın seçmə oyunu
Ukrayna – Azərbaycan

13 oktyabr. Vrotslav, “Tarçinski Arena”. Saat 22.45.
Əvvəlcə “Ukraynaya qarşı səfər matçı hara, Polşanın Vrotslav şəhərində oynamaq hara”, - deyə düşünənlərə xatırladaq ki, Rusiya ilə bu ölkə arasındakı amansız müharibə davam edir. Rusiya 2022-ci ilin fevralından bəri Ukrayna ərazisini işğal etmək üçün qanlı bir müharibəyə başlayıb, bitirmək niyyəti də yoxdu. Odu ki, Ukrayna millisi həmin vaxtdan bəri ev oyunlarını başqa ölkələrdə keçirir. Maraq üçün bildirək ki, “Tarçinski Arena” 45 min yerlidi. Ancaq ukraynalıların bu arenada anşlaq yaradıb-yaratmayacağını proqnozlaşdırmaq çətindi. O başqa məsələ ki, bu gün tribunalara yox, məhz yaşıl meydanda yaşanacağı gözlənilən hadisələrə köklənməliyik. Burda ən vacib məqam Ukrayna millisinin Bakıdakı matçda xal itirməsidi. Belədə nominal meydan sahiblərinin qisas almaq eşqiylə döyüşəcəyinə şübhə yoxdu. Bəs bunun üçün yetərli qüvvəyə malikdilərmi? Daha əvvəl baş məşqçi Sergey Rabrovun Azərbaycan və İslandiya ilə oyun üçün 25 futbolçuya dəvət göndərdiyini xəbər vermişdik. İş ondadı ki, Kiyev “Dinamo”sunun müdafiəçisi Aleksandr Tımçik, İspaniya “Jirona”sının yarımmüdafiəçisi Viktor Sıqankov və Türkiyə “Trabzonspor”unun yarımmüdafiəçisi Aleksandr Zubkov zədəli olduğu üçün bu matçı buraxacaq. Onu da nəzərə alaq ki, “sarı-göylər” dünən DÇ-nin seçmə oyununda İslandiya ilə qarşılaşıb. Deməli, millimiz kimi, rəqibdə də yorğunluq hiss olunacaq. Bizə qalan isə bu məqamları öz xeyrimizə çevirməkdi.
Öz aramızdı, bu, yığmamızın özünü sübut etmək, gücünü ortaya qoymaq üçün növbəti şansıdı. Bəlkə də Fransa ilə matçda qeydə alınan məğlubiyyəti bağışlamaq asandı. Lakin Ukraynayla oyunda, heç olmasa, bir xal qazanmaq vacibdi ki, millinin gələcəyinə bəslənən ümidlər diri qalsın. Əlbəttə, belədə baş məşqçi Ayxan Abbasovun çiyinləri üzərindəki məsuliyyətdə birəbeş artır. Bəli, AFFA hələ mütəxəssislə imzalanan müqavilənin müddətini açıqlamayıb. Ancaq ardıcıl uğursuzluqların həmin müddətə istənilən halda mənfi təsir edəcəyinə şübhə yoxdu. Nəticədə yerli məşqçi dəstəkçilərinin də dili qısala bilər ki, Ayxan bəy buna imkan verməməlidi, Odu ki, oktyabrın 13-də azı uduzmamaq üçün qan-tər içində qalmaq, sona qədər döyüşmək vaxtıdı. Ən əsası qələbə uğrunda! Axı üç xal qazana bilməsək, millimizin qələbə həsrəti nə az, nə çox - 13 oyuna çatacaq!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri