Icma.az
close
up
RU
Ukraynaya qisas zərbəsi endirməyə hazırlaşırlar

Ukraynaya qisas zərbəsi endirməyə hazırlaşırlar

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rusiya aviabazalarına irimiqyaslı pilotsuz təyyarə hücumundan sonra rus ordusu Ukraynaya cavab zərbəsi endirməyi planlaşdırır.
Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı hələ ki, Rusiyanın hansı növ zərbələr endirəcəyini müəyyənləşdirməsə də, rəsmilər hesab edirlər ki, Moskva mülki hədəflərə pilotsuz təyyarələrlə zərbələr endirə, elektrik şəbəkəsini hədəfə ala və ya orta mənzilli ballistik raketlərin yeni dalğalarını buraxa bilər.
ABŞ və Avropa təhlükəsizlik rəsmilərinin ilkin hesablamalarına görə, Rusiyanın 20-yə yaxın strateji təyyarəsi məhv edilə və ya ciddi zədələnmiş ola bilər ki, bu da Rusiyanın uzaqmənzilli zərbə imkanlarına ciddi təsir göstərir.
Xüsusilə qeyd edilir ki, Rusiyanın itkiləri arasında altı “Tu-95” və dörd “Tu-22M” strateji bombardmançı təyyarəsi, həmçinin hava hücumundan müdafiə vasitələri və idarə olunan raketləri aşkar etmək üçün istifadə olunan “A-50” döyüş təyyarələri var.
Hücum Moskvanın strateji imkanlarına ziyan vurub. ABŞ Müdafiə Departamentinin bildirdiyinə görə, bu, Ukraynanın Rusiyanın demək olar ki, istənilən yerinə zərbə endirmək və 100 milyon dollardan çox olan döyüş təyyarələrini 600 dollara başa gələn pilotsuz təyyarələrlə məhv etmək qabiliyyətini nümayiş etdirib.
Eyni zamanda, ABŞ rəsmilərindən biri qeyd edib ki, Ukrayna əməliyyatının Rusiyanın strateji bombardmançılarına tam təsirini qiymətləndirmək hələ tezdir, qismən ona görə ki, ruslar hədəf təyyarələrin bir hissəsini təmir edə bilər.
“ABŞ rəsmisi dronların “əhəmiyyətli” zərər vurduğunu, lakin hücumun Rusiyanı Ukraynadakı hücum əməliyyatlarını geniş miqyasda azaltmağa məcbur etməyəcəyini söylədi”,- nəşr yazıb.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri