Icma.az
close
up
RU
Ukraynaya təhlükəsizlik zəmanəti: Niyə yalnız sülh müqaviləsi bağlandıqdan sonra?

Ukraynaya təhlükəsizlik zəmanəti: Niyə yalnız sülh müqaviləsi bağlandıqdan sonra?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Vaşinqton ilk növbədə Ukraynadan öz qanuni ərazilərindən imtina edərək, Rusiya işğalı ilə razılaşmasını tələb edir. Ona görə də Kiyevə veriləcək təhlükəsizlik zəmanəti məsələsini sülh müqaviləsindən sonrakı mərhələyə saxlamaq istəyirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Politico" nəşrinin ABŞ dövlət katibi Marko Rubionun Ukraynaya təhlükəsizlik zəmanətinin yalnız sülh müqaviləsi bağlandıqdan sonra veriləcəyilə bağlı bəyanatı şərh edərkən deyib.

Bu isə həmsöhbətimizin fikrincə, ciddi əhəmiyyəti olmayan bir təhlükəsizlik zəmanəti olacaq:   

"1994-cü ildə ABŞ, Böyük Britaniya və Rusiya Budapeşt Memorandumu ilə Ukraynaya nüvə silahından imtina müqabilində təhlükəsizlik zəmanəti vermişdi. Amma buna baxmayaraq, Rusiya Ukraynaya hücum etdi. Digər zəmanət verən ölkələr isə Kiyevə yalnız məhdud miqdarda maliyyə və hərbi yardım göstərməklə kifayətləndilər. İndi də Kiyevə qara qəpik qədər əhəmiyyəti olmayan təhlükəsizlik zəmanəti təklif edirlər. Əvəzində isə Ukraynadan beynəlxalq hüquqa rəğmən, öz qanuni ərazilərindən imtina etməsini, yəni Rusiya işğalı ilə razılaşmasını təklif edir. Ona görə də təhlükəsizlik zəmanəti məsələsini sülh müqaviləsindən sonrakı mərhələyə keçirmək istəyirlər".


Ekspert qeyd edir ki, bu, əslində Kiyevi sülh müqaviləsinə vadar etmək üçün ortaya atılan təzyiq vasitəsidir: 

"Yəni Ukrayna sülh müqaviləsinə razı olmasa, təhlükəsizlik zəmanəti də verilməyəcək. Belə bir mövqeni Qərb Fələstinə də təklif edib. Rubionun bu təklifinin arxasında əslində imperalist dövlətlərin həmrəylik mövqeyi dayanır".

Politoloq əmindir ki, Ukrayna bu təklifdən imtina edəcək:

"Ukrayna xalqı və ordusu Rusiyanın ABŞ tərəfindən dəstəklənən təslimçilik təklifinə razı olmayacaq".

Qeyd edək ki, "Politico” nəşrinin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio avropalı müttəfiqlərinə Vaşinqtonun Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini müzakirə etməyə hazır olduğunu bəyan edib. Bununla yanaşı, nəşrin bildirdiyinə görə, Rubio təhlükəsizlik zəmanətinin yalnız sülh müqaviləsi bağlandıqdan sonra mümkün olduğunu da avropalıların diqqətə çatdırıb. 

Bildirilir ki, Amerika diplomatiyasının rəhbəri ABŞ prezidenti Donald Trampın daha sonra Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparacağına zəmanət verib. Nəşrin mənbələrindən biri əlavə edib ki, dövlət katibi sülh müqaviləsindən sonra həll edilməli olan bir neçə başqa məsələni də qeyd edib. Avropalıların fikrincə, bunlara Ukraynanın ərazi bütövlüyü və dondurulmuş Rusiya aktivləri daxildir.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri