Icma.az
close
up
RU
Ultra emal olunmuş qidalar orqanizmdə hansı dəyişikliklərə səbəb olur? ARAŞDIRMA

Ultra emal olunmuş qidalar orqanizmdə hansı dəyişikliklərə səbəb olur? ARAŞDIRMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Ultra emal olunmuş qidalar beynin qidaya reaksiyasını dəyişə bilər. 57 sağlam yetkinin iştirak etdiyi araşdırmada ultra emal olunmuş qidaların adi qidalarla eyni miqdarda kalori və əsas qida maddələri ehtiva etməsinə baxmayaraq, beynin qidaya reaksiyasına təsir göstərə bildiyi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Metabolism” jurnalında dərc olunub.

Ultra emal olunmuş qidalara bir neçə sənaye emalı mərhələsindən keçən və müxtəlif qida əlavələri ehtiva edən məhsullar daxildir. Bunlara səhər yeməyi dənli bitkiləri, qəlyanaltılar, şirniyyatlar, bəzi kolbasa növləri, yarımfabrikatlar və hazır yeməklər aid edilir.

Araşdırma zamanı iştirakçılara adi və ultra emal olunmuş qidalardan ibarət iki fərqli menyu təqdim edilib. Hər iki menyu təxminən eyni miqdarda kalori, zülal, yağ və karbohidrat təmin edəcək şəkildə hazırlanıb.

Buna baxmayaraq, orqanizmin reaksiyası fərqli olub. Ultra emal olunmuş qidaların qəbulundan sonra insulin səviyyəsində daha güclü artım müşahidə edilib. Həmçinin orqanizmin qəbul edilən karbohidratlardan enerji mənbəyi kimi istifadə etmə qabiliyyətində dəyişiklik qeydə alınıb.

Tədqiqatçılar beynin fəaliyyətində də fərqlər aşkar ediblər. Adi qidaların qəbulundan sonra qidanın insan üçün nə qədər cəlbedici olmasından asılı olaraq striatum və görmə qabığında aktivlik artıb. Ultra emal olunmuş qidaların qəbulundan sonra isə bu əlaqənin əks istiqamətdə dəyişdiyi müəyyənləşib.

Araşdırmaya görə, karbohidratların emalındakı dəyişikliklər yemək davranışı və mükafatlandırma prosesində iştirak edən striatumdakı beyin fəaliyyəti ilə də əlaqəli olub.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri