Icma.az
close
up
RU
Ulu Öndər Ağstafada da yad olundu Fotolar

Ulu Öndər Ağstafada da yad olundu Fotolar

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafalılar əvvəlcə Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə sonsuz məhəbbət və böyük ehtiramlarını bildiriblər.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binasında dəyirmi masa təşkil olunub. Ulu Öndərin şərəfli ömür yolu, dövlətçilik fəaliyyətindən və Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs olunaraq qeyd olunub ki, xalqımız və gələcək nəsillər ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını hər zaman dərin minnətdarlıqla xatırlayacaqlar. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri, Kərimli Aylin Ruslan qızı, Yusifli Bənövşə Anar qızı və Muradova Banu Adil qızının təqdimatında Xalq şairi Zəlimxan Yaqubun “Görən torpaq bilirmi?” şeirinə ithaf olunan kompozisiya nümayiş etdirilib.

Sonra Ağstafa şəhərində ehsan süfrəsi təşkil olunub. Anım tədbirində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Seymur Orucov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından söz açıb. Ağstafalı Vətən müharibəsi şəhidimiz Emin Əvəz oğlu Əmrahovun qız övladı Dərya Əmrahova “Ulu bir sərkərdə, ulu bir öndər” şeirini səsləndirib.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri