Icma.az
close
up
RU
Ulu Öndər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi öyrətdi ŞƏRH

Ulu Öndər bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi öyrətdi ŞƏRH

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün dövrlərdə Ana dilin hərtərəfli inkişafı, zənginləşməsi, yüksək zirvəyə qalxaraq beynəlxalq nüfuz qazanması tarixi şəxsiyyətlərin adı ilə bağlıdır. Tarixi təcrübə göstərir ki, dilin inkişafında milli müstəqillik ideyalarını, dövlətçilik ənənələrini həyata keçirən qüdrətli dövlət başçılarının, xalqın tarixində şərəfli yer tutan böyük siyasi xadimlərin müstəsna rolu var. Belə qüdrətli dövlət başçısı və siyasi xadimlərin sırasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ən yüksəkdə durur.

70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevirəm və bu dildə danışmağımla fəxr edirəm” –deyən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunur.

Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğunda əhəmiyyətli bir yerdə duran dil siyasəti və onu inkişaf etdirməyin yolları haqqında söylədiyi hər bir fikir bizə Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevməyi, dilin zəngin söz xəzinəsindən bacarıqla istifadə etməyi, dilin qayğısına qalmağı, onun saflığını qorumağı, onunla fəxr etməyi, onu dərindən bilməyi, mükəmməl mənimsəməyi, ana dilimizin gözəlliyini duymağı, bu gözəlliyi hər zaman hər yerdə təbliğ etməyi, bu dildə düzgün danışmaqla hamıya nümunə olmağı öyrətdi.

Azərbaycanda xalqın mədəni, intellektual, milli-mənəvi inkişafının təməllərindən biri kimi milli dil siyasətinə böyük əhəmiyyət vern, bu yolda yorulmadan, usanmadan mübarizə aparan Ulu Öndər 18 iyun 2001-ci il tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalayır. Ulu Öndər “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verdiyi fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi haqqında danışarkən bunu da qeyd edir ki, “Ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır.”

Əlbəttə ki, hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Məhz bunun üçün də, dövlət dilinin zənginləşməsi,inkişafı uğrunda yorulmadan mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər edir. Böyüktarixişəxsiyyət SSRİ Konstitusiyasıhaqqındadanışarkənöznitqindəxüsusiolaraqvurğulamışdırki, Konstitusiyavətəndaşlaratəhsilhüququvermişdir. Buhüquqanadilindəoxumaqimkanıilətəminolunur. Bu, əslindəanadilinindövlətdilistatusunuqorumaqməqsədigüdürdü

Dahi şəxsiyyət Heydər Əliyev gərgin zəhmətinin bəhrəsi olan dünya azərbaycanlılarının I qurultayında demişdir: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini—Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir, qorumalıdır”.

“Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”söyləyənAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ana dilini təkcə ünsiyyət vasitəsi kimi qiymətləndirmirdi. Dahi şəxsiyyət Ana dilinin arxasında millət durur, mənəviyyat durur, vətənpərvərlik durur, milli qürur durur deyirdi.

Müasir dövrdə Azərbaycan dili bu gün dərin fikirlərə, ən incə çalarlara qədər olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan məfkurəsi, dili, milliliyi özünə qaytarıldı.Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi də Ümummilli Lider Heydər Əliyevin uğurlu gələcəyə hesablanmış müdrik siyasətin həyata keçirilməsinin nəticəsidir.

Bayram Aslanov,

YAP İdarəHeyətininüzvü, YAP Gəncəşəhərtəşkilatınınsədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri