Icma.az
close
up
RU
Ulu öndər tarixi xilaskar kimi ŞƏRH

Ulu öndər tarixi xilaskar kimi ŞƏRH

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1993-cü ilin 15 iyun tarixi Azərbaycanın müasir varlığının qorunub saxlanılmasında ən həlledici mərhələ hesab olunur. Məhz həmin gün xalqın israrlı tələbi və mütləq etimadı ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı. Real mənzərəyə nəzər salsaq, həmin dövrdə cəmiyyətin vahid bir rəy ətrafında birləşməsi heç də asan başa gəlməmişdi. Regionda və ölkə daxilində hökm sürən geosiyasi xaotik vəziyyət, gələcəyə doğru düzgün addım atmağı dumanlı bir tapşırığa çevirmişdi. Digər tərəfdən, mövcud idarəetmənin naşılığı ölkədəki böhranı idarəolunmaz həddə çatdırmışdı. Ermənistanın xarici güclərin dəstəyinə arxalanaraq torpaqlarımızı zəbt etməsi müstəqilliyimizi real itirilmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir fəlakətli gedişatın qarşısını yalnız böyük idarəçilik təcrübəsinə, sarsılmaz siyasi iradəyə və milli məsuliyyət hissinə malik xarizmatik bir lider ala bilərdi. Zaman bu çətin missiyanı Ümummilli Lider Heydər Əliyevin çiyinlərinə qoydu. Onun rəhbərliyə dönüşü, mahiyyət etibarilə, dövlətin tənəzzüldən qurtulması və milyonlarla insanın gələcəyə inamının bərpası demək idi.

Bundan otuz ildən artıq bir müddət öncə Azərbaycan dövləti öz tarixinin bəlkə də ən böyük sınağından keçdi. Səriştəsiz siyasi rəhbərliyin buraxdığı ciddi xətalar ölkəni uçurumun kənarına gətirmişdi. Daxili çəkişmələr, qeyri-müəyyən ideoloji xətt və xarici təxribatçı qüvvələrin fəaliyyəti respublikanı parçalanmaq təhlükəsi ilə qarşı-karşıya qoydu. Belə bir kritik məqamda xalq müdrik seçim edərək Heydər Əliyevi köməyə çağırdı. Həmin tarixi məqamı Prezident İlham Əliyev çox dəqiq xarakterizə etmişdir: “Azərbaycan öz inkişaf yolunu Heydər Əliyevin simasında görürdü və müraciət edərək, onu dəvət etdi. Heydər Əliyevin o vaxt 70 yaşı var idi, ömrünün böyük hissəsi geridə qalmışdı. Ancaq xalq sevgisi, xalqa olan məhəbbət və böyük məsuliyyət hissi onu bu dəvəti qəbul etməyə sövq etdi. Beləliklə, müstəqil Azərbaycanın müstəqil həyatı başladı”. Həqiqətən də, ötən əsrin sonlarında respublikamızın həqiqi suveren mühiti məhz dahi rəhbərin yenidən sükan arxasına keçməsi ilə formalaşdı.

Azərbaycanın siyasi leksikonunda "Qurtuluş" anlayışı sadə bir ifadə deyil, dərin məna qatlarına malik bir məfhumdur. Ulu Öndər ölkəni siyasi naşılığın girovluğundan çıxardı ki, bu da dövlətin yaşaması üçün ilkin şərt idi. Həmin illərdə cəmiyyətdə yalnız populist şüarlarla, pafoslu çağırışlarla müstəqil dövlət qurmağın mümkünlüyünə dair əsassız bir inam (illüziya) hökm sürürdü. Postsovet məkanında mücərrəd millətçilik hissləri ilə real təməli olmayan liberal dəyərlər arasında vurnuxanlar az deyildi. Mövcud tarixi reallıqları düzgün qiymətləndirib, dövlət quruculuğunun real və praktiki mexanizmlərini anlayan kadrlar demək olar ki, yox səviyyəsində idi.

Təcrübəsiz idarəçilərin rəhbərlik etdiyi ölkələrdə proseslərin tamamilə suverenliyin itirilməsinə doğru getməsi qaçılmazdır. Bu səbəbdən, o dövrün ən vacib çağırışı cəmiyyəti populist, qeyri-real və naşı qüvvələrin təsirindən xilas etmək idi. Heydər Əliyev hakimiyyətə gələn kimi ilk növbədə bu xaosu neytrallaşdırdı. Qanunvericilik çərçivəsində dövlət idarəçiliyini nizamlayaraq millətin gələcək taleyini sığortaladı. Bu addımın tarixi çəkisi ölçüyəgəlməzdir. Xalq uzun müddət davam edən psixoloji gərginlikdən və ümidsizlikdən xilas olmağa başladı. Dahi strateqin soyuqqanlı, uzaqgörən və hər bir detalı hesablanmış qərarları insanlarda öz gücünə inam hissini oyatdı. O, sübut etdi ki, daxili potensiala güvənən bir cəmiyyət müstəqil dövlət quruculuğu missiyasını uğurla tamamlamağa qadirdir.

Beynəlxalq hərbi-siyasi dairələrin ölkəmizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdlərini və sui-qəsd planlarını puça çıxaran Heydər Əliyev, qlobal neft müqavilələrinin təhlükəsiz icrası üçün sabit mühit yaratdı. Şübhəsiz ki, əgər bu sarsılmaz qətiyyət olmasaydı, bu gün Cənubi Qafqaz regionunun geosiyasi xəritəsi çox fərqli və qaranlıq ola bilərdi. Bu mənada, 1993-2000-ci illər Azərbaycanın bir dövlət kimi fundamental təhlükələrdən tamamilə təmizlənməsi dövrü kimi tarixə düşmüşdür. Öz diplomatik məharəti və yüksək zəkası ilə Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyini uzunmüddətli inkişaf relslərinə oturtdu. O, keçmiş SSRİ məkanında populizmi və köhnəlmiş idarəetmə metodlarını tamamilə rədd edərək, dövlət quruculuğunu müasir qlobal standartlar səviyyəsinə çatdıran yeganə lider oldu. Dahi şəxsiyyət sübut etdi ki, real suverenlik yalnız güclü və qanunun aliliyinin qorunduğu bir dövlət modelində mümkündür.

Tarix sübut edir ki, lider faktoru zəif olanda dövlət də zəifləyir, cəmiyyət isə istiqamətini itirir. Heydər Əliyev isə fəaliyyət göstərdiyi bütün platformalarda dövlətçilik prinsiplərinə sadiqlik və intellektual üstünlük nümayiş etdirirdi. O, istər yerli vətəndaşlarla birbaşa ünsiyyətdə, istərsə də BMT kimi mötəbər qlobal kürsülərdə əsl xilaskar qətiyyəti ilə çıxış edirdi. Onun 1994 və 1995-ci illərdə BMT Baş Assambleyasındakı tarixi bəyanatları beynəlxalq birliyə mesaj idi: Azərbaycan daxili böhranı geridə qoyub və sivil, demokratik bir dövlət kimi qlobal əməkdaşlığa töhfə verməyə hazırdır. Bununla da dahi lider ölkəmizin beynəlxalq reputasiyasını bədxahların qarayaxma kampaniyalarından qorudu və gələcək tərəqqi üçün əlverişli xarici mühit formalaşdırdı.

15 iyun 1993-cü ildə həm də ölkənin müdafiə sisteminin yenidən qurulmasının əsası qoyuldu. Heydər Əliyev ilk növbədə silahlı qüvvələrdəki pərakəndəliyə və intizamsızlığa son qoydu. Çünki nizam-intizamlı ordu olmadan torpaqların azad edilməsi xəyal ola bilərdi. Ordunun kadr potensialının gücləndirilməsi diqqət mərkəzində saxlanıldı və qısa müddətdə hərbi sistem keçmiş sovet qalığı olan qüsurlardan təmizləndi. Modern və nizami ordu quruculuğu prosesi sürətləndi. Zaman Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi strategiyanın nə dərəcədə uzaqgörən olduğunu nümayiş etdirdi. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusudur. Bu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da inkişaf etdirilir. Ordumuzun peşəkarlığı respublikanın suverenliyinin ən böyük təminatçısıdır. Müdafiə sisteminin naşılıqdan xilas edilərək professional zəminə keçirilməsi tarixi nailiyyətdir.

Prezident İlham Əliyev öz çoxşaxəli fəaliyyəti ilə ölkənin etibarlı əllərdə olduğunu hər gün sübut edir. Hazırda Azərbaycan qlobal müstəvidə öz geoiqtisadi və geosiyasi çəkisini durmadan artırır. İcra olunan irimiqyaslı infrastruktur, enerji, nəqliyyat və logistika layihələri müstəqil dövlətçilik xəttinin tamamilə yeni və daha yüksək bir keyfiyyət mərhələsinə qədəm qoyduğunun bariz göstəricisidir.

Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün tarixi qiyməti zamansızdır. Bu səbəbdən 15 iyun tarixi hər bir vətəndaş tərəfindən həmişə yüksək qürur hissi ilə qeyd olunacaqdır. İllər keçsə də, o çətin və keşməkeşli dövrlər unudulmayacaq. Əgər o vaxt Azərbaycanın siyasi arenasında bu dahi şəxsiyyətin idarəçilik dühası parlamasaydı, bu gün müstəqil və güclü bir dövlətin vətəndaşı olmaq şərəfini yaşaya bilməzdik. Bu gün, mahiyyət etibarilə, hər bir azərbaycanlının fərdi qurtuluşunun simvoludur.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

10 İyun 2026 16:52see254

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

10 İyun 2026 12:19see227

Hansı tərəfimiz üzərində yatmalıyıq?

10 İyun 2026 04:43see219

Evdəki gizli təhlükə: Tozsoranla bağlı bilinməyənlər...

10 İyun 2026 03:03see198

Ürək üçün ən faydalı 10 QİDA

10 İyun 2026 04:05see196

Bu məkanlar BŞİH dən alındı

10 İyun 2026 21:24see191

İranlı deputatdan Azərbaycanla bağlı SENSASİON ÇIXIŞ

10 İyun 2026 22:12see190

Aİ səfirləri Rusiyaya qarşı 21 ci sanksiya paketini müzakirə etməyə başlayacaqlar

10 İyun 2026 03:09see185

“Liverpul” Konatenin yerinə dörd müdafiəçini nəzərdən keçirir

10 İyun 2026 05:17see183

Azərbaycanla münasibətlərimiz strateji səviyyəyə yüksəlib Amerikalı senator

10 İyun 2026 21:34see183

Bu gün Dünya Çempionatı başlayır Açılış matçının saatı

11 İyun 2026 09:12see180

Şamaxı millimizin müdafiəçisini transfer etdi RƏSMİ

10 İyun 2026 21:22see177

Vens: ABŞ İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

10 İyun 2026 05:02see176

Nevroloqlarımız İstanbul konfransında

11 İyun 2026 12:02see172

Tusk: Zelenskinin bəzi açıqlamaları məni qəzəbləndirir

10 İyun 2026 05:50see170

Şimali İrlandiyada gərginlik: Belfastda zorakılıq aksiyaları baş qaldırıb

10 İyun 2026 06:02see166

Fransa və İspaniya ön planda: futbol üzrə dünya çempionatının favoritləri açıqlandı “The New York Times“

10 İyun 2026 21:00see159

Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib

11 İyun 2026 12:01see155

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

10 İyun 2026 21:23see153

Gənclər Liqası: “Sabah” “Bazel”lə qarşılaşacaq

10 İyun 2026 21:17see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri