Icma.az
close
up
RU
Menu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

Zelenski Trampla müzakirələr apardı

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

Makron: Aİ Suriyaya qarşı sanksiyaların “tədricən ləğvini” davam etdirəcək

“Walt Disney” şirkəti Əbu Dabidə əyləncə parkı tikəcək

İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı

Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

“Oyunçularım paltardəyişmə otağında ağladı” Arteta

Tərtərdə “Əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyev” adlı konfrans keçirilib

Putinin prezidentlərlə görüşündən MARAQLI ANLAR Lukaşenkoya GÖRÜN NƏ DEDİ (VİDEO) KONKRET

Ulu Öndər Heydər Əliyev Naxçıvanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi

Ulu Öndər Heydər Əliyev Naxçıvanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür. Tarixşünaslıq Ulu Öndər Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu prosesini öyrənir.  Məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdir: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət - bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Dahi  lider haqqında  Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer yazırdı: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər...”

Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, diqqət və başqa cəhətlər Ulu Öndər Heydər Əliyevin fərdi keyfiyyətləri idi. Dahi lider böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişini öncədən görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Ulu Öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi əvəzolunmaz şəxsiyyətdir. Ulu Öndər həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulduğu Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ulu Öndərimiz yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. XX əsrin 70-ci illərindən başlanan Naxçıvanın yeni dönüş mərhələsində doğma diyarın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq qərarlar verildi, orqanlar qarşısında konkret vəzifələr qoyuldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyirdi: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı”.

Dahi şəxsiyyət 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə oldu. Reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edildi, gələcək perspektivə hesablanmış addımlar atıldı.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb vəziyyət cərəyan etməkdə idi. Belə zamanda Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durum Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.

Ölkənin çətin bir dövründə Ulu Öndər  Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından “Sovet Sosialist” sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda, həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi  deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu Öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” qərar qəbul olundu. Ali Məclisin Sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci ildə Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin ulu öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. İlk dövrlərdə kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur “91-lərin müraciəti” adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram”.

Nəhayət, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda, şərəfli bir missiya gözləyirdi...

1993-cü il iyun ayının 9-da xalqın təkidi ilə Bakıya qayıdan ulu öndər təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra da Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Naxçıvan dövlət başçısının ötən müddətdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında daim əhatə olunmuş, bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ayrıca Prezident sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar da Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini təmin etmişdir. Prezident cənab İlham Əliyevin 2023-cü il iyun ayının 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamı isə müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.

İlham Əliyev cənablarının ali diqqəti nəticəsində Naxçıvan Muxtar Respublikasının ağır blokada şəraitində yaşamasına baxmayaraq, əhalinin rifah halının yüksəldilməsinə, bölgədə abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə nail olunmuş, mühüm infrastruktur layihələri həyata keçirilmiş, muxtar respublika ərazisinin tam qazlaşdırılması təmin edilmiş, uzun illərdən sonra enerji təchizatı bərpa olunaraq müntəzəm şəkildə yaxşılaşdırılmış, müasir yollar, sosial infrastruktur obyektləri tikilmiş, yeni müəssisələr və iş yerləri yaradılmışdır.

Bəli, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşib.

Ötən illərə baxdıqca bir daha əmin oluruq ki, ölkəmizdə dahi lider Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur.

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini,tarix üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən” adlı konsert proqramı keçirilir

07 May 2025 20:28see236

Meyvə və tərəvəzlərdə olan gizli təhlükə...

08 May 2025 21:07see151

Çoxları bizə inanmırdı Əşrəf Hakimi

08 May 2025 01:38see145

Türkiyədə yaşayan azərbaycanlı aktrisadan eyvanda açıq saçıq FOTOSESSİYA

08 May 2025 02:02see132

Qazaxıstanda paradı çəkən qadına dron xəbərdarlıq etdi: Pəncərədən uzaqlaşın

08 May 2025 03:14see131

ABL: Neftçi yenidən Sabah la qarşılaşacaq

08 May 2025 09:22see131

Sovet kosmik obyekti Yerə çırpılacaq: Azərbaycan üçün təhlükə varmı?

09 May 2025 02:13see129

Zelenski Trampla müzakirələr apardı

08 May 2025 23:30see128

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

09 May 2025 02:46see127

İkinci Dünya Müharibəsi iştirakçılarına və əlillərinə 10 min dollar verilib

08 May 2025 18:54see127

Geyindiyi cırıq ağ köynəyi ilə gündəm oldu FOTO

09 May 2025 03:15see124

Ulu öndərin multikulturalizm və tolerantlıq ideologiyası

08 May 2025 09:20see121

Makron: Aİ Suriyaya qarşı sanksiyaların “tədricən ləğvini” davam etdirəcək

08 May 2025 08:10see120

“Walt Disney” şirkəti Əbu Dabidə əyləncə parkı tikəcək

08 May 2025 08:08see119

İspaniyada restoranda qazlı su içən kişinin daxili orqanları yandı

08 May 2025 03:24see115

Gürcüstan hakimiyyəti əleyhinə olan “MEGOBARI aktı” ABŞ Senatına təqdim edilib

07 May 2025 20:25see114

“Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”

09 May 2025 00:36see114

“Oyunçularım paltardəyişmə otağında ağladı” Arteta

08 May 2025 06:11see114

Tərtərdə “Əbədiyaşar dahi şəxsiyyət Heydər Əliyev” adlı konfrans keçirilib

07 May 2025 19:24see112

Putinin prezidentlərlə görüşündən MARAQLI ANLAR Lukaşenkoya GÖRÜN NƏ DEDİ (VİDEO) KONKRET

08 May 2025 21:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri