Icma.az
close
up
RU
Milli Kitabxanada “8 noyabr Zəfər Günü” və “8 noyabr Şuşa Şəhəri Günü” adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “8 noyabr Zəfər Günü” və “8 noyabr Şuşa Şəhəri Günü” adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

8 Noyabr – Zəfər Günü, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə əbədiləşdirilib. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i “Zəfər Günü” elan edilib.

Kitabxanadan XQ-yə verilən məlumata görə, bu tarixi gün münasibətilə “8 noyabr - Zəfər Günü” və “8 noyabr – Şuşa Şəhəri Günü” adlı virtual sərgilər onlayn rejimdə istifadəçilərə təqdim olunub.

“8 Noyabr – Zəfər Günü” adlı virtual sərgidə rəsmi sənədlər, fotolar, 44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsinin Zəfər tariximiz, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti nəticəsində tarixin böyük qələbəsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın həyata keçirilməsi, xalqın, ordunun və güclü liderin birliyinin təntənəsindən bəhs edən, Vətən və torpaq uğrunda sinəsini erməni düşməninin gülləsinə sipər etməyə hazır olan şəhidlərimiz, qazilərimiz, veteranlarımız haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat məqalələri nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Zefer_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

“8 Noyabr – Şuşa Şəhəri Günü” adlı virtual sərgidə isə rəsmi sənədlər, fotolar, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın tarixi, mədəni və strateji əhəmiyyəti, Şuşanın böyük dirçəlişi və Böyük Qayıdış, maddi-mədəniyyət abidələrinin bərpasına dövlət qayğısı, bərpa-quruculuq işləri, Şuşanın fatehləri haqqında Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Susa/index.htm linkindən istifadə edə bilərlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri