Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlidir

Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlidir

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün mənalı həyаtı və fəаliyyəti bоyu yаlnız bir müqəddəs vəzifəyə хidmət еtmişdir. Bu, оnun həyаtının аmаlı оlаn Аzərbаycаnçılıq idеyаlаrı, Аzərbаycаn dövlətinə, хаlqınа хidmət idi. İstər sоvеt dövrü оlsun, istərsə də müstəqillik illəri, fərqi yох idi – dahi şəxsiyyət Hеydər Əliyеv hər zаmаn və hər yеrdə Аzərbаycаn üçün çаlışır, ən böyük qаyəsini milliliyin, həmrəyliyin qоrunub sахlаnılmаsındа görürdü. Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü Ulu Öndərin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün isə Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu Аzərbаycаnçılıqdır. Dahi şəxsiyyət Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə də şəxsən özü nəzarət edirdi. Ulu Öndərin Azərbaycan cəmiyyətində həmrəylik hisslərinin möhkəmlənməsi, dünya azərbaycanlılarının birliyi yolunda apardığı çoxsahəli fəaliyyət də bizim üçün əvəzsiz bir dərsdir. Onun milli siyasət konsepsiyasında dünya azərbaycanlıları ilə iş prioritet istiqamət, taleyüklü xətt kimi müəyyənləşdirilmişdi. Ümummilli Liderimiz öz çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni – müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar edirdi: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Ölkəmiz təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli Vətənidir. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, Vətəninə bağlı olan, ömrünü milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Ulu Öndər Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli-mənlik və milli kimlik şüurumuzun inkişafına da təkan verdi.

Genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bugünki inkişafımızın təməlini təşkil edir. Dahi rəhbərin milli şüur – vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu Öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, qüdrəti, əbədi səcdəgahıdır. Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən Ulu Öndərin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bugünkü, müasir, müstəqil, çiçəklənən Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin bizlərə müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.

Bu gün Azərbaycan ölkə başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünyaya sürətli inteqrasiya yolundadır. Bu inteqrasiya xalqımızın öz tarixi keçmişinə bağlılığı kontekstində baş verir. Sevindirici haldır ki, Ulu Öndərimizin bu sahədə müəyyənləşdirmiş olduğu ənənələr müqəddəs bir miras kimi yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan bu gün çağdaş tarixinin intibah mərhələsinə qədəm qoymuş, müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilmiş, beynəlxalq siyasi münasibətlərdəki mövqeyi möhkəmlənmişdir.

Bu gün hamımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyalarının həyatda gerçəkləşdiyinin şahidləriyik. Bu inkişafda dönə-dönə heyrətlə şahidi oluruq ki, Ümummilli Liderimiz xalqı, Vətəni üçün bir insan ömrünə sığışa bilməyən böyük işlər görmüşdür. Bu məsələlərdən biri də milli ideologiyamızın yaradılmasıdır. Ümumiyyətlə, Ulu Öndər fəaliyyəti boyu nə iş görübsə, orada Azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində daha da inkişaf etmiş, formalaşmış, müstəqil dövlətimizin dayaqlarına çevrilmişdir.

Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Milli Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi.

Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyəti hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Dövlət başçımızın işğaldan azad olunmuş Qarabağın rayonlarına səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan bayrağı önündə diz çökərək onu öpüb yüksəkliyə qaldırması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.

Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq ölkə Prezidentinin müvafiq sərəncamları ilə müharibənin başlandığı 27 sentyabrın Anım Günü, müharibənin gedişində dönüş nöqtəsi sayılan Şuşanın azad olunduğu 8 noyabrın – Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunması qərara alındı. Bu tarixi Zəfər eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.

İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, Ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə Laçında, Şuşada, Xocalıda, Xankəndidə dalğalanır.

44 günlük Vətən Müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.

Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see246

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see219

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see219

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see172

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see151

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see145

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri