Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları milli sərvətimizdir

Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları milli sərvətimizdir

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, ötən dövrdə rayon təşkilatı fəaliyyətini YAP-ın Proqram və Nizamnaməsinə, Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun qurub. Təşkilati işin daha da təkmilləşdirilməsi, partiya sıralarının genişləndirilməsi, ideoloji-siyasi maarifləndirmə, şəhid ailələri və qazilərlə iş, müharibə veteranlarına diqqət, gənclərin və qadınların ictimai-siyasi fəallığının artırılması əsas istiqamətlər olub.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, rayon təşkilatı müxtəlif dövrlərdə qarşıya qoyulan vəzifələrin icrasını layiqincə təmin edib, rayonun ictimai-siyasi həyatında fəal iştirak edib və partiyanın ideoloji prinsiplərinin təbliğinə mühüm töhfələr verib. Mirhəsən Seyidov təşkilatın bundan sonra da siyasi xəttə uyğun olaraq fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında formalaşıb və ötən dövr ərzində şərəfli yol keçib. Deputatın fikrincə, Heydər Əliyev ideyaları milli sərvətimizdir.  O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətlər əldə edib, Vətən müharibəsində qazanılan Zəfər, eləcə də ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası xalq-iqtidar birliyinin gücünü bir daha nümayiş etdirib. Deputat vurğulayıb ki, yerli təşkilatlar partiyanın cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsində, üzvlərlə işin təşkilində və partiyanın ideoloji prinsiplərinin təbliğində mühüm rol oynayır.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Əli Axundov çıxışında Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas vəzifələrdən danışıb. O bildirib ki, YAP Neftçala rayon təşkilatı hesabat dövründə təşkilati işin təkmilləşdirilməsi, ideoloji fəaliyyətin gücləndirilməsi və ictimai fəallığın artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirib.

Partiya veteranı Valeh Tağıyev, “Neftçala şəhər-1” ərazi partiya təşkilatının sədri Vasif Əliyev, partiya fəalı, “Neftçala-Gündoğar” qəzetinin baş redaktoru Bədirə Niftalıyeva Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı misilsiz nailiyyətlərdən, xalq-iqtidar birliyi və partiya üzvlərinin dövlətçilik maraqları naminə nümayiş etdirdikləri həmrəylikdən danışıblar.

Konfransda YAP Neftçala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Sentyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri