Icma.az
close
up
RU
Ulu Öndər müasir dövlətçiliyimizin qurucusu kimi həmişə yaddaşlarda yaşayacaq ŞƏRH

Ulu Öndər müasir dövlətçiliyimizin qurucusu kimi həmişə yaddaşlarda yaşayacaq ŞƏRH

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarix insanlığın ən böyük kitabıdır, onun vərəqləri arasında həm şanlı keçmişimizin işıqlı səhifələri, həm də qanla yazılmış ağrılı günlərimizin izi yaşayır. Xalqımızın taleyinə əbədi həkk olunan 20 Yanvar faciəsi və Xocalı soyqırımı kimi dəhşətlər bu kitabın ən qara səhifələridir. Bu müsibətlərin yaşanmasının ən acı səbəbi isə sözügedən dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi səhnədən kənarda qalması idi. Xalqın tələbi ilə Heydər Əliyevin yenidən siyasi arenaya qayıdışı təkcə bir liderin geri dönməsi deyildi, eyni zamanda millətin taleyinə sahib çıxması, Azərbaycanın gələcəyinə ümid işığı düşməsi demək idi. O illər Azərbaycan üçün ən ağır, ən mürəkkəb dövr kimi yaddaşdan silinməyib. Millət sabaha inamsız, ölkə idarəolunmaz xaosun içində itib-batmış, parçalanma təhlükəsi ilə baş-başa qalmışdı. Daxildə anarxiya hökm sürür, mövcud hakimiyyətə qarşı itaətsizlik dövlətçiliyin sütunlarını laxladırdı. Zəiflikdən sui istifadə edən düşmən isə torpaqlarımızı işğal edir, günahsız insanlarımızı qırğına məruz qoyurdu. Azərbaycanı məqsədli şəkildə uçuruma doğru aparılırdı və bu girdabdan çıxmaq qeyri mümkün görünürdü. Məhz belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyətli addımları həm daxili, həm də xarici qüvvələrin planlarını alt-üst etdi. Onun çevik qərarları yalnız dövlətçiliyimizi yaşatmadı, həm də xalqın taleyini müsbətə doğru dəyişdi. Birmənalı şəkildə Azərbaycanın həmin dövrdə Ümummilli Liderə ehtiyacı vardı və Heydər Əliyev çağırışa sevgi ilə cavab verdi. Əgər dahi şəxsiyyət Heydər Əliyev həmin taleyüklü illərdə milli iradənin başına keçməsəydi, bu gün müstəqillikdən danışmaq belə çətin olardı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova söyləyib.

O qeyd edib ki, Azərbaycan tarixinin ən qaranlıq dönəmində xalqımızın həqiqi lideri öz iradəsi ilə bütöv bir xalqın yolunu işıqlandırdı. Ulu Öndər Heydər Əliyevin xalqı ilə birlikdə göstərdiyi qətiyyət sayəsində Azərbaycan uçurumun kənarından geri döndü, yenidən ayağa qalxmaq gücü tapdı və gələcəyinə inam qazandı.

“Onun uzaqgörən və müdrik siyasəti yalnız dövlətçiliyimizi möhkəmləndirməklə kifayətlənmədi, həm də milli birliyin bərpasına, vətəndaşlar arasında etimadın və inamın artmasına səbəb oldu. Ulu öndərin təşəbbüsləri sayəsində Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə sürətli inkişaf yoluna çıxdı, beynəlxalq nüfuzu yüksəldi və ölkəmizin strateji mövqeyi möhkəmləndi. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev xalqın rifahını əsas prioritet hesab edərək gələcək nəsillər üçün sabitlik, tərəqqi və təhlükəsizliyin təməlini qoydu. Onun rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanın qüdrətini artırdı və milli iradənin güclü təməlini yaratdı. Nəticədə Azərbaycan müstəqil və nüfuzlu dövlət kimi dünya arenasında layiqli yer tutdu və bu gün də Ulu Öndərin qurduğu strategiyanın bəhrəsini yaşayır. Bu gün taleyinin ən qüdrətli çağını yaşayan Azərbaycan istisnasız olaraq Heydər Əliyevin nəfəs verdiyi, qurduğu dövlətdir. Biz bu strategiya ilə bütövləşdik, dirçəldik, qalib gəldik. Bütün uğurlarımızın kökündə Ümummilli Liderin müqəddəs ideyaları, böyük dövlətçilik irsi dayanır.

Dahi şəxsiyyət fiziki olaraq aramızda olmasa da, Azərbaycan dövlətinin siyasi xəttində, qərarlarında və inkişaf istiqamətlərində onun müəyyənləşdirdiyi kursun nəfəsi duyulur. Müstəqilliyimizin möhkəmləndirilməsi, idarəçilik modelinin formalaşdırılması və ölkənin uzunmüddətli təhlükəsizlik strategiyası Ulu Öndərin yaratdığı dövlətçilik konsepsiyasının nəticəsidir. Azərbaycan bu gün dünya siyasətində özünə layiq mövqedə dayanırsa, bu, Heydər Əliyevin vaxtında atdığı prinsipial addımların davamıdır”, - deyə deputat vurğulayıb.

Bildirib ki, əldə etdiyimiz bütün siyasi və iqtisadi uğurlar, regional güc kimi mövqeyimizin möhkəmlənməsi, milli həmrəyliyin təmin olunması məhz dahi liderin müəyyən etdiyi yolun məntiqi davamıdır. Xilaskar lider Azərbaycan tarixində müasir dövlətçiliyimizin qurucusu kimi həmişə yaddaşlarda yaşayır və yaşayacaq.

“Dekabrın 12-si Ulu öndər Heydər Əliyevin anım günüdür. Bu gün Azərbaycan xalqı onun xatirəsini ehtiramla yad etməklə yanaşı, həm də qurduğu siyasi irsə və dövlətçilik ideyalarına sadiqliyini ifadə edir. Çünki bu gün güclü, suveren və öz sözünü deyən Azərbaycanın siyasi əsaslarında məhz Heydər Əliyevin yaratdığı konseptual baxış, strateji düşüncə və dövlətçilik fəlsəfəsi dayanır. Azərbaycan var olduqca Ümummilli Lider Heydər Əliyevin adı da dövlətçilik tariximizin ayrılmaz hissəsi kimi yaşayacaq və milli ideologiyamızın əsas dayağı olacaq. Bu isə bütün mənada ölümsüzlüyün ən ali formasıdır”, - deyə Xumar Məmmədova qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri