Ulu Öndər su təsərrüfatının inkişafına misilsiz xidmətlər göstərib
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində 14 noyabr 2025-çi il tarixində Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsində “Ulu Öndər Heydər Əliyevin Su və Meliorasiya Təsərrüfatının İnkişafında Misilsiz Xidmətləri və Davamlı İnkişaf” mövzusunda tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Azər Xankişiyev və idarənin əməkdaşları iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqqəlik sükutla yad edildi. YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına misilsiz xidmətlər göstərib.
Bu strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə uğurla davam etdirilmiş, ölkəmizdə geniş islahatlar aparılmış və irimiqyaslı layihələr həyata keçirilmişdir.
8 Noyabr – Zəfər Günü xalqımızın qürur tarixidir. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa etmişdir.
Azad edilmiş ərazilərdə icra olunan “Böyük Qayıdış” Proqramı infrastrukturun yenilənməsi, sosial həyatın bərpası və müasir “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə bölgənin sürətli dirçəlişini təmin edir. Bu uğurlar Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin bariz göstəricisidir.
İdarənin rəisi, YAP Ərazi Partiya təşkilatının sədri Azər Xankişiyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsinin inkişafı üçün gördüyü işləri xatırladaraq bildirib ki, bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O qeyd edib ki, son illərdə su ehtiyatlarının idarə olunması, meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, suyun səmərəli istifadəsi və idarəetmənin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar aparılır. Həmçinin vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi bu sahədə yeni imkanlar açıb. Azad edilmiş ərazilərdə mövcud zəngin su ehtiyatları və tikilən iri layihələr sayəsində həmin bölgələrin içməli su təminatı mərhələli şəkildə həyata keçirilir.
Tədbirdə çıxışlarda vurğulanıb ki, həyata keçirilən bütün bu tədbirlər ölkəmizin ümumi sosial-iqtisadi inkişafına, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və ölkənin strateji su təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, həmçinin bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 14 Noyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















