Icma.az
close
up
RU
Ulu Öndər ana dilinin inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərib

Ulu Öndər ana dilinin inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlər göstərib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər bir xalqın milli kimliyinin təməl daşı onun ana dilidir. Dil bir millətin yaddaşı, düşüncə tərzi, mənəviyyat dünyasıdır. Bu mənəvi sərvətin qorunması və inkişafı isə tarixin ağır sınaqlarından yalnız böyük liderlərin cəsarəti və uzaqgörən siyasəti ilə keçə bilir. Azərbaycan xalqının mərd oğulları zaman-zaman dilimizin keşiyində durublar. Azərbaycan dilinin dövlət dili kimi işləndiyi XVI əsrdən sonrakı tarixi dövrdə dilimizə dövlət dili kimi status gətirən lider Ulu Öndər Heydər Əliyev öz siyasi mövqeyi ilə seçildi.

Azərbaycan dili kökləri ilə minilliklərin dərinliklərinə gedib çıxan, ədəbi ənənələri ilə zəngin, Dədə Qorqud irsindən süzülərək bu günə qədər gələn qədim bir dildir. Bu dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın varlıq nişanəsi, milli dövlətçiliyimizin simvoludur. Məhz bu baxımdan Heydər Əliyevin Sovet dövründə Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda apardığı mübarizəsi əsl qəhrəmanlıq nümunəsidir.
1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsi, o dövrün siyasi reallıqları fonunda tarixi və cəsarətli bir addım idi. Sovet imperiyasında milli dillərin sıxışdırıldığı, rus dilinin hegemon olduğu bir zamanda bu təşəbbüs milli iradənin ifadəsi, xalqın ruhunun təntənəsi idi. Bu, Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi.
Ulu Öndər yalnız qanunlarla deyil, həm də şəxsi nümunəsi ilə dilə sahib çıxdı. Rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ziyalılara dəstək verməsi, ana dilində yazıb-yaradan yazıçı və şairlərin təşviqi onun dilə olan sevgisinin sübutudur. Azərbaycan məktəblərinin, ali təhsil ocaqlarının, ədəbiyyat və mətbuat orqanlarının inkişafına göstərilən diqqət dil siyasətinin sistemli və ardıcıl aparıldığının göstəricisidir. Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazır, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilirdi.
Əlavə olaraq onu da qeyd edim ki, Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb. Çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yazılıb. Həmin çoxcildliklərdən biri - ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərsliyi dövlət mükafatına layiq görülüb. Ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində ana dilinin nüfuzu bir daha təsdiq edilib.
Müstəqillik dövründə isə bu siyasət daha yüksək mərhələyə yüksəldi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili rəsmi dövlət dili kimi təsbit edildi. Bu, xalqın əzmi ilə təsdiqlənmiş milli iradənin təzahürü idi. 2001-ci ildə latın qrafikalı əlifbaya keçid və 1 avqust tarixinin Ana dili və Əlifba Günü kimi qeyd olunması isə dil siyasətinin ideoloji və praktik davamıdır. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Bu isə dilimizin hüquqi statusunu nizamlayırdı.
Ulu Öndərin bir fikri bu mövzunu ən dəqiq ifadə edir: “Dil, dil, bir də dil... Bizim gənclərə deyirəm ki, rus dilini də, ingilis, fransız dilini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.
Bu sözlər təkcə çağırış deyil, milli kimliyimizin formuludur. Dil yalnız danışmaq üçün deyil, vətənpərvərliyin mayası, əxlaqın aynası, ədəbiyyatın nəfəsidir. Etiraf edək ki, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyevin cəsarətli mövqeyi olmasaydı, ana dilimiz müxtəlif təsirlərə məruz qalardı və yaradılmış süni maneələr onu sıradan çıxara bilərdi. Sövet imperiyasına daxil olan türk dilli ölkələr içərisində ən az təsirə məruz qalan, dəyişilən məhz Azərbaycan türkcəsidir.
Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bunun nəticəsidir ki, 2018-ci il “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı dilin inkişafı və qorunması istiqamətində yeni bir addım oldu.
“Dünyada 5 minə yaxın dil var, amma onların 200-ə yaxını rəsmi dövlət dilidir. Azərbaycan xalqı xöşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Çindən Avropaya qədər böyük bir ərazidə kök salmış ana dilimiz türk dili ailəsinə məxsusdur. Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə isə Avropa dillərinin təsirinə məruz qalsa da, dilimiz bu gün yaşayır və inkişaf edir. Məmləkətimiz kimi müstəqildir.
Biz vətəndaşlar olaraq bu böyük yolun yolçusu olmalıyıq. Ana dilimizi qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Çünki dilimizi qorumaq - Vətəni qorumaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri