Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Ulu öndərin milli mətbuat və söz azadlığı təlimi

Ulu öndərin milli mətbuat və söz azadlığı təlimi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ümummilli lider Heydər Əliyev çoxcəhətli ictimai-siyasi fəaliyyətində Azərbaycan xalqının ədəbi-mədəni həyatı ilə bağlı problemlərə, o cümlədən milli medianın inkişafı ilə bağlı önəmli məsələlərə də xüsusi diqqət və qayğı ilə yanaşırdı. O, milli mətbuatımıza yüksək dəyər verərək deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir”.

Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir.

Zəngin və çoxəsrlik tarixə sahib olan Azərbaycan xalqının böyük inkişaf yolu keçərək yüksək sivilizasiyaya çatması, ilk mətbu orqanımız olan “Əkinçi” qəzetinin nəşrə başlaması Şərq dünyasında milli oyanışın təzahürü kimi böyük əhəmiyyət kəsb etdi və keçən əsrin əvvəllərində nəşrə başlayan mətbuat orqanları milli dövlətçiliyimizin qurulması və formalaşmasında müstəsna rol oynadı. XX əsrin 1918-1920-ci illəri həm tariximizin və istiqlalımızın, həm də dövlətçiliyimizin şərəf zirvəsi idi. Bu zaman milli mətbuat, milli ideologiya, maarif və mədəniyyət öz məcrasına düşmüşdü.

Ümummilli lider milli mətbuatımızın inkişafında, azad fəaliyyətində ana dilinin böyük əhəmiyyət kəsb etdiyini xüsusilə diqqət mərkəzində saxlayırdı. Buna görə də Heydər Əliyev bütün dövrlərdə ana dilimizə diqqət və məhəbbətlə yanaşıb. Hələ 1978-ci ildə sovet rejiminin hökm sürdüyü, totalitar ideologiyanın hegemonluğu dövründə Heydər Əliyevin təkidi ilə Azərbaycan Respublikasının Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edildi.

Ulu öndər bu hadisəni belə xatırlayır: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük. Hələ 1978-ci ildə qəbul olunmuş Konstitusiyada bir çox başqa respublikalardan fərqli olaraq Azərbaycan dili haqqında maddə yazdıq və Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğunu orada göstərdik”. Həqiqətən də, Heydər Əliyev ana dilinin taleyinə Ana Vətənin taleyi kimi baxırdı.

Ulu öndərin heyrətamiz mənəvi irsində mətbuatın ayrıca bir yeri vardır. Onun 40 illik məruzə və çıxışlarında, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində mətbuat haqqında olduqca yüksək fikirlər yer tutur. Heydər Əliyev dəfələrlə çıxışlarında qeyd etmişdir ki, mətbuat da ədəbiyyat kimi xalqımıza böyük faydalar gətirir və gətirməkdədir.

Heydər Əliyev, eyni zamanda, milli mətbuatımızın qarşısına xalqının zəkasını düşmənlərimizin uydurduğu təsəvvürlərin buxovundan xilas etməyi, ictimai həyatda onun mövqeyini təmin etməyi, vətəndaşlıq hüquqlarını başa salmağı başlıca məqsəd kimi qoymuşdu. Çünki maarifçiliyin əsasında milli şüurun dərki, tarixin tanınması, dini və milli dəyərlərin qorunması dururdu.

XX əsrin sonunda Azərbaycanda baş verən siyasi sarsıntılar, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, Moskvadakı sovet rəhbərlərinin Azərbaycana qarşı haqsızlıqları, təbii ki, Azərbaycan ədəbiyyatının və mətbuatının da tənəzzülə uğraması ilə nəticələndi. Yazıçıların, şairlərin, jurnalistlərin sözünü eşidən olmadı, həqiqəti söyləyənləri susdurdular. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə hər şey kökündən dəyişdi. Azərbaycan ədəbiyyatında və mətbuatında yeniliklər yarandı, tərəqqinin hər tərəfdən öz qapılarını Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, eyni zamanda, mətbuatının üzünə açması ilə ədəbi mühit sələflərin yaratdığı ənənələrə böyük hörmət və qayğı ilə yanaşdı.

Uzun illər gələcəyə ümidlə baxan milli mətbuat nümayəndələrinin yazıları yeni məzmun kəsb edərək fikir, başlanğıc, mənəvi-əxlaqi mövqe (meyar, dəyərləndirmə) kimi dəyərləri sərgiləməyə müvəffəq oldu. Onlar artıq öz yaradıcılıqlarını əxlaq normaları üstündə köklədilər və yaşadıqları dövr nə qədər təlatümlü, fırtınalı, qasırğalı, sarsıntılı olsa da, yaradıcılığının kökünü, qayəsini, mayəsini zəngin əxlaq təşkil etdi və bu genetik saflığın işığı ilə yazıb-yaratmağa başladılar.

Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad olması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Azərbaycan, hələ 1998-ci ildə, MDB məkanında birinci olaraq, senzuranı ləğv etmişdir. 2000-ci ildə Mətbuat Nazirliyinin ləğv olunması KİV-lərin fəaliyyətində söz azadlığının təmin edilməsinə yönəlmiş çox mühüm addım idi. 2001-ci ildə qəbul edilmiş, çox demokratik və Avropa standartlarına müvafiq olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun medianın fəaliyyəti üçün qanunverici baza oldu. 2005-ci ildə isə “İnformasiya azadlığı haqqında” qanun qəbul edildi.

Azərbaycanda plüralizmin bərqərar olmasına belə bir fakt da dəlalət edir ki, hazırda 30-dan çox gündəlik və yüzlərlə həftəlik qəzet nəşr edilir, respublika əhəmiyyətli 9 telekanal, 15-ə yaxın regional telekanal verilişlərini yayılır, internet azadlığı var. Bütün bunlar müstəqil mətbuat modelinin əsas elementləridir.

Bununla bərabər, qeyd etməliyəm ki, Azərbaycanda KİV ilə dövlətin münasibətləri sintezləşdirilmiş model əsasında qurulur. Bu model dünyada ümumi qəbul edilmiş “dövlət-mətbuat” qarşılıqlı münasibətlərinin bir neçə modelinin elementlərini özündə cəmləşdirir: mətbuatın sosial məsuliyyət modeli, əsasən milli dövlət qurmaqda olan gənc müstəqil ölkələrdə tətbiq edilən “inkişaf modeli” və s.

Sosial məsuliyyət modeli medianın cəmiyyət qarşısında müəyyən öhdəliklərini nəzərdə tutur: yüksək peşəkar standartlara uyğunluq, informativlik, düzgünlük, dəqiqlik, obyektivlik. Bu model iki prinsipi birləşdirir: medianın azadlığı və cəmiyyət qarşısında borcu. Bu, dövlət ilə mətbuat arasında müstəqil ictimai təsisatlar vasitəsilə tənzimlənir.

Azərbaycanda belə bir təsisat rolunda Mətbuat Şurası çıxış edir. Sosial məsuliyyət modelində KİV-lərə ictimai rəy, peşə etikası vasitəsilə nəzarət edilir. Bu baxımdan Azərbaycanda qəbul edilmiş Jurnalistin Etik Davranış Kodeksi mətbuat işçilərindən təkcə yüksək peşəkar vərdişlər deyil, həm də düzgünlük və qərəzsizlik tələb edir, KİV-lərin tənzimləyicisi rolunu oynayır.

Dövlətin medianın inkişafı sahəsində atdığı bütün addımlar gələcəyə istiqamətləndirilmişdir. 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi, Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun təsis edilməsi buna əyani sübutdur. Hər il qəzet və jurnal redaksiyalarının, informasiya agentliklərinin inkişafı üçün maliyyə vəsaiti ayrılır, KİV işçilərinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər görülür.

Mətbuat və söz azadlığını daim diqqət mərkəzində saxlayan Ulu Öndər jurnalistlərlə müntəzəm görüşlər keçirir, onların suallarını cavablandırır, təklif və müraciətlərinə həssaslıqla yanaşırdı. O, milli mətbuatımızın keçdiyi şərəfli və mübarizələrlə dolu tarixi inkişaf mərhələlərini öz dəyərli məruzə və çıxışlarında həmişə qürurla xatırlamışdır.

Ölkə mediası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etdi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da məhz Ulu öndərin Azərbaycan mətbuatı ilə bağlı qəbul etdiyi dövlət əhəmiyyətli sənədlərlə hüquqi qiymətini aldı.

1988-ci ildən ortaya atılan Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Keçirilən mitinqlərdə torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşun yeridildi, yüzlərlə dinc insan məhv və şikəst edildi, yaralandı, fiziki təzyiqlərə məruz qoyuldu.

Vətənimizin paytaxtında imperiyanın törətdiyi soyqırıma etiraz səsini ucaldaraq şovinist bir sistemin partiya biletindən imtina etməsi, mətbuat konfransı keçirərək Azərbaycanın haqq səsini dünyaya bəyan etməsi kimi faktlar Heydər Əliyevin yüksək vətənpərvərliyindən xəbər verməklə yanaşı, həm də ən çətin situasiyalarda mətbuata inamını ifadə edən mühüm fakt kimi diqqəti cəlb edir.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə bitdi. Tarixi torpaqlarımızın işğalı nəticəsində bir milyon soydaşımız qaçqına çevrildi, iyirmi faiz torpaqlarımız otuz il erməni vandallarının işğalı altında qaldı. Azərbaycan xalqının üzləşdiyi bu ağır və çətin situasiyada haqq səsimizi bütün dünyaya mətbuat vasitəsilə çatdıra bildik.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan milli mətbuatına, söz azadlığına verdiyi yüksək dəyər, milli mətbuat və söz azadlığı sahəsində müəyyənləşdirdiyi strategiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident jurnalistlərlə mütəmadi olaraq görüşür, onların problemlərinə diqqətlə yanaşır və mətbuatın inkişafı üçün konkret layihələrə dəstək verir. Azərbaycanda mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, yeni media institutlarının yaradılması bu siyasətin tərkib hissəsidir.

2021-ci ildə Medianın İnkişafı Agentliyinin yaradılması və jurnalistlərin peşəkarlığının artırılması istiqamətində atılan addımlar bu sahəyə göstərilən diqqətin əyani sübutudur. Bu, həm də Azərbaycanda demokratik cəmiyyətin daha da möhkəmləndirilməsi və söz azadlığının qorunmasının prioritet olduğunu göstərir.

Vüqar ƏHMƏD,
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri