Icma.az
close
up
RU
Ülvi İsgəndərov: “Təklif gələrsə, dəyərləndirərəm”

Ülvi İsgəndərov: “Təklif gələrsə, dəyərləndirərəm”

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Araz-Naxçıvan"ın hücumçusu Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.

- Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyunda qələbə qazandınız. Matçı necə şərh edərdin?
- Bəli, kubokun ilk oyunu idi. "Zirə" yaxşı futbolçulardan qurulmuş heyətə malikdir. Ağır oyun oldu. Amma belə olacağını da yaxşı başa düşürdük. Doğrudur, ilk matçda qələbə qazandıq. Lakin qarşıda hələ cavab görüşü var. Ona qədər vaxtımız olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq, cavab görüşünü də uğurlu oynayaraq növbəti mərhələyə vəsiqə qazanaq.

- Penaltidən savayı bir neçə qol epizodunuz da oldu. 1:0 hesabı sizə cavab görüşündə istəyinizə çatmaq üçün nə dərəcədə kömək olacaq?
- Bəli, ilk oyunda yaxşı oynadıq. Qarşıda cavab görüşü var. Fikrimcə, cavab matçında qol imkanlarından maksimum yararlanmalıyıq. Ümidvaram ki, belə də alınacaq.

- Kubok “Araz-Naxçıvan” üçün nə qədər önəmlidir? Hədəf kuboku götürməkdir?
- Əlbəttə, finala qədər irəliləmək istəyirik. Hər oyuna da ciddi yanaşırıq. Biz kubok və Premyer Liqa arasında fərq qoymuruq. Əgər meydana çıxırıqsa, qalibiyyət istəyirik və qələbə üçün çıxırıq. 
- Ölkə çempionatında uğurlu çıxış edirsiniz, hazırda 2-ci pillədəsiz. Bəs, çempionluq üçün oynamağa nə çatmır? Təcrübə çatmır, yoxsa “Qarabağ” kimi rəqib var?
- Biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Yeni qurulmuş heyətimiz var. Daha da yaxşı olacağımıza inanırıq. Bu mövsüm komanda olaraq hazırda 2-ci pillədəyik və meydana çıxdığımız hər görüşdə uğurlu nəticə üçün oynayırıq. Şadam ki, uğurlu alınır. Bu cür də davam etmək niyyətindəyik. 

- Hazırki mövqeyiniz sizi razı salır? Səncə, mövsümün sonuna qədər bu pillədə ola biləcəksiz?
- Mövsüm hələ ki davam edir. Ona görə də indinin özündə də qarşıdakı matçlara fokuslanmışıq. Təbii ki, mövsümü medalçılar sırasında bitirmək istəyirik.  

- Yeni mövsümdən yerli futbolçuları narahat edən qərar oldu ki, legioner limiti ləğv edildi. Bu qərarla bağlı narahatçılığın var? Mövqeyin necədir məsələ haqda? Böyük ehtimalla gələcək mövsüm yerli oyunçuların maaşı əvvəlkilərə baxanda daha aşağı olacaq?
- Bu haqda çox danışmaq istəmirəm. Azərbaycan futbolu üçün xeyirli olacaqsa, bizim üçün lap yaxşı. Biz futbolçuyuq. Hamımız eyni işi görürük. Kim yaxşı olacaqsa, o da oynayacaq. Biz məşqlərimizi yerinə yetirməyə çalışırıq.

- Elə klub, elə məşqçi çıxacaq ki, limitə baxmayaraq yenə də yerlilərə güvənəcək?
- Bunu yalnız yaşayıb görəcəyik.

- Bu qərar sənin xaricə yollanmağına səbəb olacaq? Yoxsa, gecdir deyə, düşünürsən? Hansı addımı atacaqsan?
- Xeyr, xaricə yollanmaq gec deyil. Təbii ki, təklif gələrsə, dəyərləndirərəm. Bunu da zaman göstərər.

- Yeri gəlmişkən, Ramon Maçado zədələnib və sıradan çıxıb. Yəqin ki, daha çox sənə güvənəcəklər. Bu məsuliyyəti üzərinə götürməyə hazırsan?
- Allah qoysa, Ramon tezliklə aramıza qayıdar. Mən hər zaman istər start heyətində, istərsə də sonradan meydana daxil olduqda komandam üçün əlimdən gələni edərək, kluba faydalı olmağa çalışıram. Hamımız bu komanda üçün ən yaxşısına çalışırıq.

- Növbəti turda "Kəpəz"lə oynayacaqsız. Bu matçla bağlı fikrin necədir? onlar bu il qış fasiləsindən sonra "Turan Tovuz" və "Sabah"ı udublar..
- Bəli, ağır oyun olacaq. Vaxtımız da azdır. Daha yaxşı hazırlaşıb, meydana qələbə üçün çıxacağıq. Qış fasiləsindən sonra daha yaxşı "Kəpəz" görürük. Biz də bunun fərqindəyik. Oyuna ciddi hazırlaşırıq. İnanıram ki, istədiyimiz nəticəyə çatacağıq.

Rauf Hüseynli: "Növbəti mərhələyə çıxmaq şansımızı itirməmişik" Ayxan Abbasov: "Bizə xoşdur ki, "Sumqayıt" "Şamaxı"dan qabaqda olduğu üçün sevinir" Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar" "Şamaxı" 3 xalı 1 qolla qazandı - YENİLƏNİB İbrahim Karqbo: "Klubun mənə çox borcu var idi, amma ona görə FİFA-ya şikayət etmədim"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:284
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Fevral 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri