Ülvi İsgəndərov “Qəbələ”yə qayıdır? görün, nə edib...
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan”ın hücumçusu Ülvi İsgəndərov sosial şəbəkə hesabında son oyunlarından birinin qolu ilə bağlı maraqlı paylaşım edib.
Futbolçu paylaşıma premyer-liqanın son turunda “Səbail”in qapısına vurduğu qolu əlavə edib. Həmin oyun 1:1 hesabı ilə yekunlaşıb və İsgəndərov Muxtar Respublika təmsilçisinin yeganə qolunu vurub. Paylaşımın davamında isə ötən mövsüm “Qəbələ”nin heyətində çıxış edərkən “Sabah”a vurduğu qolun videoçarxı da yer alıb.
Bu paylaşım qəbələli azarkeşlərin də diqqətindən yayınmayıb. Onlar paylaşımın şərh bölümündə İsgəndərova “qayıt gəmiyə, klubun sənə ehtiyacı var” kimi ifadələrlə müraciət ediblər, yəni futbolçunu əvvəlki klubuna qayıtmağa çağırıblar. Maraqlıdı ki, Ülvi də belə çağırışları bəyənib.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















