Icma.az
close
up
RU
Ülvi İsgəndərov: “Zirə” ilə görüşə qələbə üçün çıxacağıq”

Ülvi İsgəndərov: “Zirə” ilə görüşə qələbə üçün çıxacağıq”

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov apasport.az saytına müsahibə verib.

- “Araz-Naxçıvan” ötən turda “Şamaxı”ya qalib gələrək 3-cü pillədəki yerini təsdiqləmiş oldu. Həmin matç sizin üçün necə keçdi? Həyəcan və gərginlik var idi?
- “Şamaxı” səfərinin ağır keçəcəyini bilirdik. Çünki rəqibimiz yaxşı komandadır. Sadəcə meydança amili var ki, süni meydanda oynamaq asan deyil. Biz yaxşı oyun göstərərək, qələbə qazanmaq istəyirdik. Şansı sonuncu tura saxlamaq niyyətində deyildik. Şükürlər olsun ki, hər şey yaxşı oldu və qalib gəldik. Avrokuboklara da vəsiqəni təmin etdik.

- “Araz-Naxçıvan” üçün ümumi mövsüm necə keçdi? Bundan da uğurlu çıxış etmək mümkün idi, yoxsa bu, maksimum nəticə idi?
- Düşünürəm ki, mövsüm istədiyimiz kimi keçdi. Düzdü, çətinliklərimiz çox oldu. Zədəlilərimiz çox oldu. Amma komanda bir yerə ilk yığılan gündən buna inanırdıq. Sevindirici odur ki, ilk gün necəydiysə, indi də eləyik. Çox yaxşı kollektivimiz var.

- Qəribə bir məqam var. “Araz-Naxçıvan” uzun müddət qələbə qazana bilmədi. Bununla belə, rəqiblər turnir cədvəlində də “Araz-Naxçıvan”ı keçə bilməyib. Bu sizə qəribə gəldi?
- Futbolda belə hallar olur. Qələbə qazana bilmirdik. Ancaq ən əsası uduzmurduq da, bir xal qazanırdıq. Bəlkə də həmin bir xal məqsədimizə çatmağa kömək oldu.

- “Araz-Naxçıvan” hazırkı heyəti ilə avrokuboklarda uğurla çıxış edə bilərmi?
⁠- Yaxşı futbolçulardan qurulmuş heyətimiz var. Avrokubok elədir ki, 3-4 futbolçu mütləq lazımdır ki, uğur qazana biləsən.

- Yeni mövsümdə özünü “Araz-Naxçıvan”da görürsən? “Araz-Naxçıvan”dan təklif almısan? Legioner limitinin yığışdırılması yerli oyunçuları narahat edir. Səndə vəziyyət necədir? 
- Hələ ki heç bir təklif almamışam. Bir danışığımız da olmayıb. Yaxın günlərdə yəqin ki, olar. Limitə gəldikdə, əlbəttə ki, hər bir yerli futbolçunu narahat edir. Necə olacaq, xeyirli olacaq, yoxsa pis olacaq, onu zaman göstərəcək.

- “Araz-Naxçıvan”ın növbəti turdakı rəqibi “Zirə”dir. Bu matç üçün hansı motivasiyanız olacaq?
- Hər bir oyun bizim üçün dəyərlidir. Mövsümün son oyunudur. İntriqa olmasa belə, biz peşəkar futbolçularıq, çıxıb işimizi görməliyik. “Zirə” ilə görüşə də qələbə üçün çıxacağıq və əlimizdən gələni edəcəyik.

AFFA rəsmisi FIFA-nın seminarına qatılıb Rəşad Sadıqovdan futbolçularına dərs Emreli “Nürnberq”lə vidalaşdı Millimizin üzvü oynadı, komandası məğlub oldu Azərbaycan futbolunun əfsanələri arasında oyun keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://apasport.az
archiveBu xəbər 20 May 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri