Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50 dən çox ölkəyə ixrac olunur VİDEO
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 noyabr, AZƏRTAC
Bildiyimiz kimi, BMT ilə Azərbaycan Hökuməti arasında töhfə sazişi imzalanıb. Sazişin əsas məqsədi Azərbaycanın “ASAN” modelinin dörd qitədə BMT tərəfindən təbliği və təşviqidir. “ASAN xidmət” artıq Azərbaycanın uzun illərdir ki, intellektual brendinə çevrilib. Bu gün 50-dən çox ölkəyə Azərbaycanın “ASAN” modeli ixrac olunur. Artıq onlardan altı ölkədə ümumilikdə 600-dən çox “ASAN xidmət” mərkəzləri fəaliyyətdədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bugünkü Sammitdə dünyanın yüzdən çox ölkəsindən 300-ə yaxın qonaq iştirak edir. Onlar dövlət orqanlarının rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların rəhbər heyətləridir. Bu sammitdə də dövlət xidmətləri sahəsində, dövlət idarəçiliyində “ASAN xidmət” modeli kimi yaxşı nümunələrin təbliği, müzakirəsi və dövlət xidmətləri sahəsində qarşıda duran çağırışlarla bağlı fikir mübadiləsi həyata keçiriləcək.
Fotoqraf - İlkin Cavanşirov
Videooperator - Vüsal Tağıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















