Ülviyyə Quliyeva ilə bağlı qərar verildi
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məhkəmə "Meydan TV" işi üzrə saxlanılan Ülviyyə Əli (Quliyeva) barəsində qərar verib.
Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 1 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bundan əvvəl "Meydan TV"nin əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov da saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

