Daha bir bombardiri Karvan dan ayrıldı
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək "Karvan"da daha bir ayrılıq baş verib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Teymurovun müqaviləsi başa çatıb və o, komandadan ayrılıb.
Ötən ilin yayında "Karvan"a keçən 30 yaşlı yarımmüdafiəçi vurduöu 13 qolla komandasının bombardirlərindən olub.
"Karvan"ın ən yaxşı bombardiri (15 qol) Emil Qasımov da bu yay komandanı tərk edib. Həmçinin, qanalı yarımmüdafiəçi Ezekiel Morqan (10 qol) da Yevlax təmsilçisindən ayrılıb ki, sözügedən üç futbolçu komandanın əsas qol silahları olub.1-ci liqanı 3-cü pillədə başa vuran "Karvan" ötən mövsüm ümumilikdə 53 qol vurub. Bunlardan 38-ni sözügedən üç futbolçu rəqib qapılarından keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 İyun 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















