Icma.az
close
up
RU
Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür Mikayıl Cabbarov

Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür Mikayıl Cabbarov

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir".

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin artımı üzərində qurmayıb: “Azərbaycan regionda sabitlik faktorudur. Ticarət fəaliyyəti bizim üçün çox önəmlidir. Lakin enerji sahəsində biz ticarət edən deyil, hasilat həyata keçirən ölkəyik. Bu baxımdan, biz qiymət sıçrayışlarından deyil, daha proqnozlaşdırıla bilən və dayanıqlı bazar şəraitindən faydalanırıq. Enerji qiymətlərindəki artım Azərbaycanın mövqeyini fundamental olaraq dəyişmir. Makroiqtisadi və makrofiskal vəziyyətimiz çox güclüdür”.

M. Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 %-nə bərabərdir: “Hazırkı şəraitdə dövlətin əsas vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışını təmin etməyə, şəhər və kəndlərin infrastrukturunun qurulmasına yönəldilib. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və sabit olması istiqamətində qətiyyətliyik”.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı gün - xüsusilə İsrailin İrana zərbə endirdiyi tarixdə - dünya bazarında “qara qızıl”ın əsas növləri olan “Brent” və WTI markalı neftin qiymətləri 13 %-dən çox artıb. "JPMorgan" analitiklərinin fikrincə, əgər Hörmüz boğazı bağlanarsa, neft qiymətləri 70 % artaraq bir barel üçün 100 ABŞ dolları, hətta 150 ABŞ dolları həddinə çata bilər.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Son ticarət məlumatlarına əsasən, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 dollar və ya 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. “Brent” markalı neftin avqust fyuçersləri isə 69,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri