Icma.az
close
up
RU
Ümid Allaha... Şabranın kəndlərinə gedən yolu aylardır sel aparıb, “AAYDA” heç bir iş görmür Video

Ümid Allaha... Şabranın kəndlərinə gedən yolu aylardır sel aparıb, “AAYDA” heç bir iş görmür Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şabranda aprelin ortalarında yağan güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsinin artması böyük faciəyə səbəb olmuşdu. Üç nəfər həyatını itirmiş, üstəlik, xeyli fərdi təsərrüfat sıradan çıxmışdı. Fərdi təsərrüfatlar sakinlərin öz gücünə bərpa olunur. Dağılmış körpülər isə yararsız vəziyyətdə də qalıb.

Bizimyol.info Şabranın bir neçə kəndinə gedən sıradan çıxmış yolun görüntülərini sizə təqdim edir. Buradakı körpünü sel aparıb. Həmin yol rayonun Veysəlli, Ceyranlı, Əmirxanlı kəndlərinə uzanır. Aprelin 16-da burada hərəkət tamamilə dayanmışdı. Çünki adları çəkilən kəndlərdən rayon mərkəzinə gedib gələn yolda - çayın üstündəki körpümü sel aparmışdı.

Sakinlər deyir ki, bir müddət məcbur olub, bəzi maşınlar çayın içi ilə hərəkət etmək məcburiyyətində qalıb. Sonradan icra strukturunun nümayəndələri həmin ərazidə kustar üsulla keçid düzəldiblər. Amma oradan avtomobillərin buradan hərəkəti çox təhlükəlidir.

“Maşınlara o yolda çox ziyan dəyir. Başqa çarə də yoxdur. Təsəvvür edin, çayın üstündə körpü yoxdur, yol gəlir, çaya gəlib çatanda qəfildən kəsilir. Ortada heç bir xəbərdarlıq nişanı qoyulmamışdı. Mayda yoldakı vəziyyətdən xəbərsiz olan bir sürücü qaranlıq vaxtı bilməyib, gəlib orada maşınla çaya düşmüşdü. Xoşbəxtlikdən ölüm-itim olmadı. Ondan sonra yola o tərəfdən də, bu tərəfdən də kol-kos yığıb, lent kəsdilər ki, çaya düşən olmasın. Amma torpaq yolla çayın üstündən olan müvəqqəti yol da elədir ki, maşım bir az oyan-bu yan eləsə, çaya düşəcək. Yəni çox təhlükəlidir. Yeni körpü tikintisi üçün də heç bir iş görmürlər. Qalmışıq təhlükə altında”, - Şabran sakinləri bildirir.

Çayın üzərindəki körpünün bərpası üçün öhdəlik daşıyan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məsələyə biganə yanaşır.

Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini, eyni zamanda İcra Hakimiyyətinin Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natəvan Mustafayeva deyir ki, agentliyə məktub göndəriblər:

“Həmin yol “Azəravtoyol”un balansındadır. Sel və daşqın zamanı rayon icra hakimiyyəti texnikalarla, qreyderlərlə alternativ yol təşkil edib. Həmin yolun bərpası üçün “Azəravtoyol”a məktub da göndərmişik”.

Bizimyol.info AAYDA-nın da mövqeyini öyrənməyə çalışıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, mümkün olmayıb. Onun telefonuna günlərlə zəng çatmayıb və ya əhatə dairəsində olub. Belə olan halda, sualımızı ona “WhatsApp” vasitəsilə göndərmişik. Mesaj dərhal gedib çatmasına baxmayaraq, günlərdir Anar Nəcəfli heç bir cavab vermir.

Mövsümü və Anar Nəcəflinin məzuniyyətdə ola biləcəyini nəzərə alaraq, AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən başqa bir əməkdaşla əlaqə saxladıq. Lakin o bildirdi ki, Anar Nəcəfli iş başındadır və şöbənin rəhbəri kimi, suala da özü cavab verməlidir.

Belə görünür ki, AAYDA-nın belə tezliklə problemi həll etmək niyyəti yoxdur. Bu dağ kəndlərinə isə qış bəzən erkən gəlir. İndi sakinlər müəyyən risk sayəsində Şabranla əlaqəni kəsmirlər. Amma bir neçə ay sonra alternativ yoldan istifadə mümkünsüz olacaq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 İyul 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see181

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri