Icma.az
close
up
RU
“Ümid edək ki, komandalarımız rəqib meydanında diqqətini itirməyəcək”

“Ümid edək ki, komandalarımız rəqib meydanında diqqətini itirməyəcək”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan klubları bu həftə avrokuboklarda növbəti oyunlarına çıxacaq. “Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”u (İrlandiya)  qəbul edəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk oyunda 3:0 hesablı qələbə qazanıb və növbəti mərhələyə daha yaxın tərəfdir.

“Zirə”, “Sabah” və “Araz-Naxçıvan”ın oyunları isə 31 iyulda olacaq. Moldovanın “Petrokub” komandasını səfərdə məğlub edən “Sabah” cavab görüşünü evdə keçirəcək və favoritdir. “Araz-Naxçıvan” və “Zirə” isə səfərdə meydana çıxacaqlar. “Araz-Naxçıvan” ilk oyunda məğlub etdiyi (2:1) “Aris”in Yunanıstanda qonağı olacaq, “Zirə” isə Bakıda heç-heçə (1:1) etdiyi “Hayduk”la Xorvatiyada üz-üzə gələcək.

Veteran futbolçu Aslan Kərimov “Futbolpress.az“a açıqlamasında klubların növbəti mərhələ şanslarını dəyərləndirdi:

“Qarabağ” və “Sabah” üçün demək olar, mərhələni adlamaq baxımından böyük addım atılıb. Onların şansı çox yüksəkdir. İki komandada həm top fərqində öndədir, həm də cavab matçını evdə oynayacaqlar. Səfərdə qazanılan qələbə növbəti mərhələyə yaxınlaşdırıb. “Araz-Naxçıvan” və “Zirə”nin şansları 50/50-dir. Hər iki komanda səfərdə oynayır. “Araz-Naxçıvan” qələbə qazansa da, rəqib meydanında böyük azarkeş kütləsi qarşısında oynayacaqlar. Yunanıstandakı oyun məni tədirgin edir. “Aris”in keyfiyyətli oyunçuları var və ani diqqətsizlik baha başa gələ bilər. “Araz-Naxçıvan” mərhələ keçmək üçün müdafiədə çox diqqətli olmalı və əks-hücumlarda effektiv olmalıdır. “Aris” nə qədər hücum etsə də, boşluqlar verəcək. Buna görə irəlidə dəqiq oynamaq lazımdır.

“Hayduk”un keyfiyyətli oyunçuları var. “Zirə” birinci oyunda taktiki baxımdan üstünlük qursa da, fərdi oyunçu keyfiyyəti rəqibdə daha yüksəkdir. İkinci hissənin ortalarında bunu gördük. Buna görə “Zirə” üçün də səfər çətin olacaq. Amma həm “Zirə”, həm “Araz-Naxçıvan”ın oyunu penaltilər seriyasına aparmaq şansları da var. Ümid edək ki, komandalarımız rəqib meydanında diqqətini itirməyəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 30 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri