Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

“Ümid edək ki, Ermənistan sülh prosesinə sadiq qalacaq”

“Ümid edək ki, Ermənistan sülh prosesinə sadiq qalacaq”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gözlənildiyi kimi, Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası qələbə qazandı. Əslində bu seçim erməni xalqının gələcəyə baxışı kimi dəyərləndirilə bilər. Çünki seçki ərəfəsində Ermənistanın qarşısında iki yol var idi. Bunlardan birincisi regionda yeni reallıqlarla hesablaşmaq, ikincisi isə revanşizmə qayıtmaqla qarşıdurma yolunu seçmək. Ümid edək ki, Ermənistan bundan sonra da sülh prosesinə sadiq qalacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, seçki ərəfəsində Ermənistan cəmiyyəti ciddi qarşıdurma vəziyyətində idi.

“Çünki bu ölkədə uzun illərdir davam edən siyasi parçalanma, Qarabağ müharibəsindən sonra yaranmış böhran və xarici güclərin təsiri bu prosesi daha da dərinləşdirən əsas amillər hesab olunurdu. Seçki kampaniyası zamanı əsas mübarizə hakim partiyaya rəhbərlik edən Nikol Paşinyan, “Güclü Ermənistan” partiyasının rəhbəri  Samvel Karapetyan və “Ermənistan” partiyasının başçısı Robert Köçəryanın başçılıq etdiyi siyasi təşkilatlar arasında aparıldı. Paşinyanın hər iki rəqibi revanşist qüvvələrin və daha çox Rusiya meyilli siyasi təmayülün təmsilçiləri sayılırdılar. Nikol Paşinyan son bir neçə ildə ölkəsini Rusiya orbitindən uzaqlaşdıraraq Qərbə inteqrasiya yolunu seçib. Paralel olaraq, regional münasibətlər sisteminə baxış fərqlidir - Paşinyan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması sənədinə imza atıb, Konstitusiya dəyişikliyini və Azərbaycan torpaqlarına əsassız iddialardan əl çəkmək yolunu seçib, ölkəsinin yeni iqtisadi nizamda logistik iştirakını təsdiqləyib. Əlbəttə, bu mövqeni Paşinyan öz xoşu ilə seçmədi. 2020-ci ildən sonra Paşinyan hakimiyyəti xarici havadarlarının dəstəyinə ümid edərək Cənubi Qafqazda gərginlik mühitini saxlamağa çalışsa da, Azərbaycanın gücü qarşısında geri çəkilməli və dövlətimizin şərtlərini qəbul etməli oldu”, - o qeyd edib.

Millət vəkilinin fikrincə, əgər revanşistlər seçkilərdə qələbə qazansaydılar, regionda gərginlik yenidən yarana bilərdi: “Revanşistlər və ya Rusiyameyilli siyasi qüvvələr kimi tanınan müxalifət seçki kampaniyasında daha çox populist çıxışlar səsləndirirdilər. Əgər onlar hakimiyyətə gəlsəydi, Qarabağ mövzusunu yenidən gündəmə gətirə və ya yenidən işğalçı müharibəyə başlaya bilərdilərmi? Əlbəttə, yox. Çünki indi 1992-93-cü illər deyil. Artıq Azərbaycan nəinki regionun lideri, hətta dünyada söz sahibi olan dövlət kimi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqları pozmaq cəhdi Ermənistana baha başa gələ bilər. Ona görə də, revanşistlərin mövqeyi populizmdən başqa bir şey deyildi”.

Samir Vəliyev qeyd edib ki, artıq erməni xalqının əksəriyyəti işğalçı müharibənin və siyasətin onlar üçün nə qədər böyük fəlakətlər gətirdiyini anlayır: “Ona görə də, sülh siyasətini davam etdirmək istəyən hakim partiyaya səs verdi. Nikol Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasını, konstitusiyanın dəyişikliklərini, sülh müqaviləsinin imzalanmasını proiritet elan edib. Son 7-8 ayda Ermənistan üçün mühüm yeniliklər baş verib - Azərbaycan Ermənistana yük daşınması ilə bağlı embarqosunu aradan qaldırıb, neft məhsullarının ixracına başlayıb. Bu isə Ermənistanda sosial həyatın yaxşılaşmasına təkan verir.  Zəngəzur dəhlizi (TRIPP) layihəsi isə Ermənistanı iqtisadi çətinliklərdən çıxara bilər. Əgər mövcud hakimiyyət sülh prosesinə sadiq qalsa, konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycanın şərtlərinə əməl etsə, o zaman sülh müqüaviləsi imzalanacaq. Ermənistan anlamalıdır ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyun 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri