Icma.az
close
up
RU
“Ümid edirəm ki, Avropa çempionatındakı uğur bizə Olimpiadada ilk medalımızı qazanmağa kömək edəcək” Eltac Səfərlinin ə açıqlaması

“Ümid edirəm ki, Avropa çempionatındakı uğur bizə Olimpiadada ilk medalımızı qazanmağa kömək edəcək” Eltac Səfərlinin ə açıqlaması

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanlı qrossmeyster Eltac Səfərli ümid edir ki, Batumidə keçirilən milli komandaların Avropa çempionatındakı uğuru onların komandasına Ümumdünya Şahmat Olimpiadasında medal uğrunda mübarizə aparmağa imkan yaradacaq.

Bu fikirləri Azərbaycan millisinin heyətində fərdi qızıl medal qazanan Eltac Səfərli İdman.Bizə müsahibəsində səsləndirib.

Xatırladaq ki, Azərbaycanın kişi şahmat millisi Batumidə keçirilən qitə birinciliyində gümüş medal qazanıb. Sonuncudan əvvəlki turda azərbaycanlı şahmatçılar Ukrayna üzərində 2,5:1,5 hesablı qələbə qazanaraq qızıl medallar üçün şanslarını saxlasalar da, yekun turda Serbiyaya 1:3 hesabı ilə məğlub olaraq Avropa ikincisi olublar.

“Medal qazanmaq həmişə xoşdur. Yanılmıramsa, bu, artıq millimizin altıncı medalıdır. Ümumilikdə komandanın çıxışını ən azı yaxşı adlandırmaq olar”, – deyə Səfərli bildirib.

Son turda serblərlə oyundakı məğlubiyyətə toxunan şahmatçı deyib:

“Son turda biz təbii ki, qələbə üçün oynayırdıq. Təəssüf ki, belə alındı, amma bir şeyi deyə bilərəm - uşaqlar ilk turdan son tura qədər bütün güclərini qoydular. Sonradan məlum oldu ki, çempion olmaq üçün Serbiyanı 3,5:0,5 hesabı ilə məğlub etməliydik. Belə güclü rəqibə qarşı bu, çox çətindir”, – deyə E. Səfərli vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov daha əvvəl İdman.Bizə açıqlamasında bildirmişdi ki, 20 il əvvəl o, xal bərabərliyi halında qalibi müəyyənləşdirmə sisteminin dəyişdirilməsini və ilk növbədə şəxsi görüşlərin nəticəsinin nəzərə alınmasını təklif etmişdi. Bu halda Serbiya ilə matçdakı strategiya fərqli ola bilərdi, çünki millimiz artıq Ukrayna üzərində qələbə qazanmışdı.

Lakin Səfərli bu məsələni şərh etmək istəməyib:

“Əsas olan yaxşı oynamaq və nəticə göstərməkdir. Xal hesablaması barədə isə təşkilatçılar düşünsünlər. Mənim fikrim burada heç nəyi dəyişməyəcək”.

Fərdi uğuruna toxunan qrossmeyster bu mükafatı əsas məqsəd saymadığını qeyd edib:

“Bu, təbii ki, xoşdur, amma mən bu medalı əlavə bir bonus kimi qəbul edirəm. Mənim üçün əsas olan Azərbaycan millisinin uğurudur”, – deyə o əlavə edib.

Səfərlinin fikrincə, son səkkiz ildə ilk dəfə medal qazanan Azərbaycan kişi şahmat millisi bu nəticə sayəsində Olimpiadadan öncə daha inamlı olacaq.

“Ümid edirəm ki, bu medal bizə doğrudan da inam verəcək. Gələn il Olimpiadadır və biz çalışacağıq ki, layiqli çıxış edək və medallar uğrunda mübarizə aparaq”, – deyə Eltac Səfərli fikrini tamamlayıb.

Teymur Tuşiyev

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see251

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see207

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see200

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see191

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see152

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see149

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see144

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see138

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see137

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see134

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see132

26 yaşlı etirazçı edamdan son anda belə qurtuldu

15 Yanvar 2026 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri