Icma.az
close
up
RU
Ümid verən Paris məğlubiyyəti: Fransa ilə çətin səfər oyunu in TƏHLİLİ

Ümid verən Paris məğlubiyyəti: Fransa ilə çətin səfər oyunu in TƏHLİLİ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisi Dünya Çempionatı 2026-nın seçmə mərhələsində Fransaya qarşı oyunda döyüş ruhunu və mübarizə əzmi nümayiş etdirə bildi. Səfərdə, “Park de Prens” stadionunda baş tutan görüş 3:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatsa da, bu nəticəyə görə utanmağa əsas yoxdur.

Futbolçularımız dünya futbolunun nəhənglərindən biri olan Fransa millisinin hücum dalğasını saxlaya bilməsələr də, planetin ən güclü komandalarından biri ilə mübarizədə göstərdikləri istək və fədakarlığa görə ən xoş sözlərə layiqdirlər.

İdman.Biz-in məlumatına görə, Parisdəki oyundan əvvəl nəticə ilə bağlı xüsusi illüziyalar yox idi. Ayxan Abbasovun komandasının qarşısında yalnız real məqsədlər qoyulmuşdu - güclü fransızlara layiqli müqavimət göstərmək. Buna görə də topa tam nəzarət edəcəyi gözlənilən rəqibə qarşı millimiz, sadəcə, meydanın hər qarışında fədakarlıqla çıxış etməli idi.

“Park de Prens”də dolu tribunalar önündə Fransa ilə oynamaq hər bir futbolçu üçün əlavə psixoloji sınaqdır. Sevindiricidir ki, azərbaycanlı oyunçular təkcə bu təzyiqə tab gətirmədilər, həm də bəzi anlarda rəqibi təəccübləndirməyi bacardılar.

Bəhlul Mustafazadə müdafiədə əsl qəhrəmanlıq göstərdi - o, meydan sahiblərinin ondan çox zərbəsini blokladı və arxa xəttdə cəsarətlə oynadı. Abdulla Xaybullaev isə mərkəzdə fransızlara ciddi müqavimət göstərməklə onların gözləmədiyi dərəcədə sərt mübarizə apardı.

Müdafiə baxımından komanda özünü yaxşı tərəfdən göstərsə də, hücumda işlər qaydasında getmədi. Əks-hücumlarda ön xətdə Mahir Emreliyə ümid bəslənsə də, onun onsuz da nadir hücumlarımız zamanı ötürmələrdəki qeyri-dəqiqlikləri diqqətdən qaçmadı. Ümumilikdə, müdafiədən hücuma keçid demək olar ki, alınmadı. Bu isə təəccüblü deyil, çünki Fransa müdafiəçilərinin və dayaq yarımmüdafiəçilərinin səviyyəsi çox yüksək idi.

Bununla belə, ilk hissə Azərbaycan millisinin mübarizə aparmağa hazır olduğunu və asanlıqla təslim olmayacağını göstərdi. Fasiləyə bir neçə dəqiqə qalmış Kilian Mbappe növbəti dəfə niyə dünya futbolunun ulduzu sayıldığını sübut etdi. Onun cərimə meydançasına daxil olub özünəməxsus üslubda vurduğu qol artıq millimizin məğlubiyyətdən qaça bilməyəcəyini göstərdi.

Bununla belə, oyun gedişi hesabda böyük fərqin yaranmasına əsas vermirdi. Rabiotun vurduğu ikinci qol künc zərbəsindən sonra mövqe səhvinin nəticəsi idi, üçüncü topda isə müdafiə Toveni gözdən qaçırdı və o, maneəsiz qol vurdu.

Lakin rəqibin səviyyəsini və oyunun ümumi gedişini nəzərə alsaq, Fransaya qarşı 0:3 hesabı ilə məğlubiyyət pis nəticə sayıla bilməz. Xüsusilə də meydan sahiblərinin yüksək sürət potensialı və oyunun ritminə uyğun “ötürmə sürətini” dəyişmək bacarığı fonunda.

Oyundan sonra Ayxan Abbasov futbolçularının iradə və əzm nümayiş etdirdiyini vurğulayıb:

“Əgər istək və dözüm varsa, bu, gələcək üçün yaxşı təməl deməkdir. Sonrakı oyunlarda daha asan olacaq. Futbolçulara təşəkkür edirəm, meydanda öz güclərini tam şəkildə qoydular. Fransa kimi komandalarla oyunlar futbolçular üçün yaxşı təcrübədir. Üç gündən sonra bizi Ukrayna ilə daha çətin görüş gözləyir”, – deyə millimizin baş məşqçi bildirib.

Fransa millisinin çalışdırıcısı Didye Deşam isə komandasının nəticə qazansa da, oyundan razı qalmadığını etiraf edib:

“Komandada yorğunluq hiss olunurdu. Topla hərəkət zamanı şaquli ötürmələrin çatışmazlığı var idi. Bəzən planlaşdırılan taktikanı yerinə yetirməkdə çətinlik çəkirdik. Futbolçulara daha intensiv oynamalı olduqlarını demişdim, ritm çatmırdı. Yorğunluğa görə Azərbaycan yığmasını çətin vəziyyətə sala bilmədik. Daha çox qol da vura bilərdik”, – deyə D. Deşam etiraf edib.

Necə olsa da, Parisdəki görüş artıq bağlanmış səhifədir. İndi Azərbaycan millisinin növbəti rəqibi Ukrayna olacaq. Oktyabrın 13-də keçiriləcək bu qarşılaşma öncəsi “sarı-göylər” dünən İslandiyanı səfərdə məğlub ediblər(3:5) və Bakıda qeydə alınan heç-heçədən sonra revanş almağa çalışacaqlar. Komandamız isə həmin nəticənin təsadüfi olmadığını sübut etməyə can atacaq.

Zəki Feyzullayev

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see131

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri