Icma.az
close
up
RU
Azərbaycan idmanında səssiz inqilab in TƏHLİLİ

Azərbaycan idmanında səssiz inqilab in TƏHLİLİ

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Son zamanlar Azərbaycanın bir çox idman növlərində ilk baxışdan dərhal gözə batmayan, lakin mühüm struktur dəyişiklikləri baş verib.

Azərbaycan idmanında idmançılarımızın beynəlxalq arenadakı qələbə və uğursuzluqları (idmanda bu olmadan keçinmək mümkün deyil) fonunda elə proseslər gedir ki, bəlkə də ictimaiyyətin diqqət mərkəzində deyil, amma yaxın gələcəkdə bu və ya digər idman növünün inkişafına ciddi təsir göstərə bilər.

İdman.Biz nəzərə çatdırır ki, ölkənin idman sahəsinə rəhbərlik edən şəxslər tərəfindən həyata keçirilən bu prosesi Azərbaycan idmanının səssiz inqilabı adlandırmaq olar.

Son illər, o cümlədən bu il ərzində Azərbaycanın bir çox idman federasiyalarında təcrübəli xarici mütəxəssislərin cəlb olunduğu müşahidə olunur. Üstəlik, söhbət təkcə xarici məşqçilərdən deyil, həm də müvafiq sahələrin inkişaf strategiyasını formalaşdıran idarəçilərdən gedir.

Son nümunələrdən biri Azərbaycan Velosiped İdmanı Federasiyasının idman direktoru vəzifəsinə qazaxıstanlı Vladimir Buşanskinin təyin edilməsidir.

Həmçinin Azərbaycanın su polosu üzrə yığma komandasının baş məşqçisi xorvatiyalı Qoran Sabliçə həvalə edilib, bir qədər əvvəl isə üzgüçülük millimizin rəhbərliyinə isveçrəli mütəxəssis Luka Qabrilo gətirilib.

Azərbaycan Üzgüçülük Federasiyasının idman direktoru isə böyük beynəlxalq təcrübəyə malik kanadalı Pyer Lafontendir. O, İsveçrə, ABŞ, İsrail, Avstraliya və digər ölkələrdə çalışıb, onun rəhbərliyi altında idmançılar ən nüfuzlu yarışlarda medallar qazanıblar.

Bu ilin aprelində Azərbaycan Triatlon Federasiyasına ukraynalı Aleksandr Mordasov baş məşqçi təyin olunub, onun həmvətəni Vladimir Morozov isə akademik avarçəkmə yığmasına rəhbərlik edir.

Digər bir çox idman növündə də xarici mütəxəssislər fəaliyyətlərini davam etdirirlər. Məsələn, almaniyalı məşqçi Rixard Trautman həm Azərbaycan kişilərdən ibarət cüdo yığmasının baş məşqçisidir, həm də federasiyanın idman nəticələri üzrə direktoru vəzifəsini icra edir. Qadınlardan ibarət milli komandanın başında isə fransalı mütəxəssis Amina Abdullətif dayanır, məşqçilər korpusunda digər xarici mütəxəssislər də fəaliyyət göstərirlər.

Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasına bir neçə ildir rusiyalı məşqçi Aleksandr Tarakanov rəhbərlik edir. Boks millisinin başında özbəkistanlı Rövşən Xocayev dayanır, kişilərdən ibarət voleybol yığmasının baş məşqçisi isə yeni təyin edilmiş fransalı Boris Qrebennikovdur.

Bu, Azərbaycan idmanında çalışan bütün xarici mütəxəssislərin və idarəçilərin tam siyahısı deyil. Xarici kadrların təcrübəsindən istifadə etmək son illərin yeniliyi olmasa da, hazırkı strategiyanın əsas fərqi yalnız məşqçilərin deyil, həm də federasiyaların daxilində çalışan, idman proseslərinin idarə edilməsində iştirak edən peşəkarların cəlb olunmasıdır.

Xarici mütəxəssislərin təkcə yığma komandaların məşqçi heyətində deyil, federasiyaların strukturunda da yer alması, ümumilikdə, həmin idman növünün inkişafına yanaşmanı dəyişməyə imkan verir və bu sahədə uğur qazanmış ölkələrin təcrübəsini mənimsəməyə şərait yaradır.

Əvvəllər xarici məşqçilər dəvət olunanda, adətən, onlarla yanaşı təbii vətəndaşlıq əldə etmiş idmançılar da komandaya cəlb edilirdi. İndi isə bu yanaşma dəyişib - əsas diqqət yerli idmançıların yetişdirilməsinə yönəlib, onları da məhz dəvət olunmuş məşqçilər hazırlayır.

Belə bir yanaşma, təbii ki, dərhal nəticə vermir. Ən optimist proqnozlara görə, bu, yalnız növbəti Olimpiya dövründə öz bəhrəsini göstərəcək. Lakin yerli idmançılara əsaslanan möhkəm təməl uzunmüddətli perspektivdə sabit nəticələrə və liderlərin gedişindən sonra ardıcıllığın təmin olunmasına gətirib çıxaracaq ki, bu da legionerlərin olduğu komandalarda hər zaman müşahidə olunmur.

Dünya təcrübəsi belə bir yanaşmanın effektivliyini təsdiqləyir. Məsələn, Çində üzgüçülüyün inkişafında əsas mərhələlərdən biri avstraliyalı məşqçi Denis Kotterell ilə əməkdaşlıq olub. O, sistemdən kənarda deyil, onun daxilində çalışaraq yerli məşqçilərə öz metodlarını ötürüb. Məhz həmin dövrdə London-2012 Olimpiadasının çempionu Sun Yan yetişib.

Bənzər bir yolu İrlandiya boksda keçib: dəvət edilmiş gürcü mütəxəssis Zaur Antia yerli məşqçilərlə birgə işləmə modelini qurdu və bu, dünya və Olimpiya çempionatlarında sabit medal axınına gətirib çıxardı. Beləliklə, İrlandiya əvvəllər sabit nəticə göstərə bilməyən məktəbdən Avropanın aparıcı boks mərkəzinə çevrildi.

Yunanıstanda isə italiyalı Canni Postilionenin uzunmüddətli işi avarçəkmə sistemini o qədər möhkəmləndirdi ki, Tokio-2020-də yerli idmançı tək avarçəkmədə qızıl medal qazandı. Əsas amil yenə də eyni idi - yerli kadrların əvəzlənməsi yox, onların dəvət olunmuş mütəxəssislə birgə inkişaf etdirilməsi.

Azərbaycan idmanında da bu yanaşmanın öz bəhrəsini verdiyi nümunələr artıq var. Söhbət yuxarıda adı çəkilən Rixard Trautmandan və Azərbaycan Cüdo Federasiyasının seçdiyi strategiyadan gedir. Ölkəmiz artıq Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl medal qazanıb – cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fərqləniblər.

Bundan az önəmli olmayan digər nəticələr də var. Məsələn, cüdoçu Kənan Nəsibov (+100 kq) yaxınlarda Moldovanın paytaxtı Kişinyovda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanaraq Azərbaycanın cüdo tarixində super-ağır çəkidə qitə çempionu olan ilk yetirmə olub. Daha əvvəl isə 21 yaşlı Vüsal Qələndərzadə (81 kq) böyüklər arasında Qvadalaxarada (Meksika) keçirilən Qran-pri turnirinin qalibi olub - gənc idmançının ilk böyük uğuru. Bunlar son illərdə Azərbaycan cüdoçularının nailiyyətlərinin yalnız bir hissəsidir və seçilmiş strategiyanın necə işlədiyinin açıq göstəricisidir.

Əsas məqam ondadır ki, xarici mütəxəssislər bizimkilərin yerinə deyil, onlarla birlikdə gəlirlər. Bu, birgə məşqçi heyətləri, açıq məşqlər, komanda daxili seminarlar deməkdir. Beləcə, bilik ölkədə qalır və Azərbaycan idmanının xeyrinə işləməyə başlayır - uşaq-gənclər məktəblərindən tutmuş milli yığmalara qədər. Uğursuzluqlar da, mübahisəli yarışlar da olacaq. Bu, təbiidir. Amma sistemli iş şəraitində hətta uğursuzluq da gələcək inkişaf üçün təcrübəyə çevrilir.

Əgər son illərin meylləri davam edərsə, Azərbaycan bu səssiz inqilabın əsas məqsədinə - sabitliyə və sistemliliyə nail olacaq. Yəni nəticə bir nəsil və ya bir məşqçidən asılı olmayacaq, illər keçsə də keyfiyyətli nəticə verən davamlı bir baza formalaşacaq.

Böyük qələbələr sükutda yaranır - toplanış cədvəllərində, məşqçi qeydlərində, yollarda və tatamidə keçirilən saysız-hesabsız saatlarda. Bu gün bu dəyişikliklər gözə görünməyə bilər, sabah adiləşəcək, o biri gün isə medallara çevriləcək. Nə olursa-olsun, irəliləmək, təlaşa qapılmamaq və işini görmək lazımdır. Qalanı özü gələcək.

Teymur Tuşiyev

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri