Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Tras sürətdən daha çətin olanda: “Formula 1”in ən ağır sınaqları in TƏHLİLİ

Tras sürətdən daha çətin olanda: “Formula 1”in ən ağır sınaqları in TƏHLİLİ

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Formula-1” üzrə dünya çempionatının növbəti Azərbaycan Qran-prisi 24-26 sentyabrda Bakıda keçiriləcək. Dünyanın ən sürətli pilotları yenidən Bakı Şəhər Halqasının dar küçələrində mübarizə aparacaqlar. Təqvimin ən qeyri-adi traslarından sayılan Bakı həm uzun düzlüklərdə yüksək sürət, həm də İçərişəhərin dar hissəsində santimetrlik dəqiqlik tələb etməsi ilə seçilir.

İdman.Biz xəbər verir ki, Bakı trasının özünəməxsusluğu “Formula-1”də sürətin hər zaman əsas üstünlük olmadığını bir daha göstərir. Bəzi traslarda bolidin maksimal sürətindən daha çox pilotun dəqiqliyi, fiziki dözümlülüyü, dəyişən şəraitə uyğunlaşması və səhvə yol verməməsi həlledici rol oynayır.

Azərbaycan Qran-prisi ərəfəsində İdman.Biz “Formula-1” təqvimində pilotlar üçün ən ciddi sınaq sayılan trasları araşdırıb. Təhlildə yarış məkanlarını çətinləşdirən texniki, fiziki və psixoloji amillər, həmçinin sürücülərin həmin trasların xüsusiyyətləri barədə fikirləri nəzərdən keçirilib.

Bakı - iki ziddiyyət bir dövrədə

Bakı Şəhər Halqası bir-birinə zidd sazlanma tələbləri ilə seçilir. İçərişəhərdə trasın ən dar hissəsi 7,6 metrə qədər azalır və pilotdan Monakoya bənzər dəqiqlik tələb edir. Digər tərəfdən, 16-cı döngədən birinci döngəyə qədər davam edən tam qaz hissəsi təxminən 2,2 kilometrdir.

Böyük qanad bucağı dar döngələrdə daha çox yol tutuşu verir, amma düz yolda sürəti azaldır. Kiçik qanad isə düzlüklərdə üstünlük yaratsa da, qala hissəsində bolidin idarə edilməsini çətinləşdirə bilər. Buna görə mühəndislər döngələrdə yol tutuşu ilə maksimal sürət arasında optimal balans tapmalıdırlar.

Bakıda külək tarixi binaların arasında istiqamətini və gücünü dəyişə bilər. “Pirelli” uzun düzlüklərin ön təkərləri soyutduğunu və bunun əylənmə zamanı kilidlənmə riskini artırdığını qeyd edib. “Formula-1”in 2025-ci il yarışöncəsi məlumatında təhlükəsizlik avtomobili ehtimalı 57 faiz göstərilib.

Uzun düz yolda öndəki bolidin yaratdığı hava axınından (slipstream) istifadə edən pilot əlavə sürət yığaraq ötmə imkanı əldə edə bilər. Qala hissəsi və görünüşün məhdud olduğu 15-ci döngə isə kiçik səhvi belə divarla təmasla cəzalandıra bilər. Beləliklə, Bakı pilotdan eyni dövrədə yüksək sürətə, sərt əylənməyə və santimetrlik dəqiqliyə uyğunlaşmağı tələb edir.

Silverstoun - külək görünməyən rəqibdir

Silverstounda əsas sınaq yüksək sürətli döngələrlə dəyişkən küləyin birləşməsidir. “Maggotts”, “Becketts” və “Chapel” hissəsində bolid qısa müddətdə dəfələrlə istiqamət dəyişir. Küləyin istiqamətinin dəyişməsi aerodinamik tarazlığa təsir göstərdiyindən eyni əylənmə və sükan nöqtəsi bir dövrədə işləyib, digərində sürüşməyə səbəb ola bilər.

“Maklaren”in avstraliyalı pilotu Oskar Piastri 2026-cı il Britaniya Qran-prisinin təsnifat mərhələsindən sonra dəyişkən şəraitin komandasının zəif tərəflərini daha aydın üzə çıxardığını bildirib. Onun sözlərinə görə, yol tutuşu yaxşı və şərait sabit olduqda MCL40-ın bəzi problemlərini gizlətmək mümkün olur.

Monako - sürət az, səhvin qiyməti böyükdür

Monako aşağı orta sürətinə baxmayaraq ən mürəkkəb traslardan biridir. Küçələr dar, baryerlər yaxın, asfalt nahamar, geniş təhlükəsizlik zonaları isə demək olar yoxdur. Kiçik sükan səhvi və ya təkərin kilidlənməsi divarla təmasla nəticələnə bilər. Buna görə komandalar maksimum yerəbasma qüvvəsinə və aşağı sürətli döngələrdə çevikliyə üstünlük verirlər.

Monakoda ötmək çox çətin olduğundan təsnifat yarışın taleyinə böyük təsir göstərir. “Ferrari”nin monakolu pilotu Şarl Lekler də təsnifatda yaxşı nəticənin əsas üstünlüklərdən biri olduğunu vurğulayıb. Keçmiş “Formula-1” pilotu Jolyon Palmer isə ötmə cəhdlərinin divarla və ya rəqiblə təmas riskini artırdığına diqqət çəkib. Monakonun əsas sınağı dəqiqlik və fasiləsiz konsentrasiyadır.

Sinqapur - boliddən əvvəl insan sınanır

Marina Bay trasında gecə yarışı keçirilsə də, temperatur və rütubət yüksək qalır. Dar divarlar, çoxsaylı döngələr və uzun yarış pilotu fiziki və zehni baxımdan yükləyir. “Formula-1” Sinqapuru təqvimin ən ağır fiziki sınaqlarından biri kimi qiymətləndirir.

“Uilyams”ın ispaniyalı pilotu Karlos Sayns kokpiti sobaya bənzədərək yüksək temperaturda diqqəti qorumağın əsas çətinliklərdən olduğunu bildirib. Avstraliyalı keçmiş “Formula-1” pilotu Daniel Rikkardo da Sinqapur üçün xüsusi fiziki hazırlığın vacibliyini vurğulayıb. İstilik eyni zamanda mühərrik və əyləc sistemlərinin soyudulmasını çətinləşdirir.

Suzuka - bir səhv bütün sektoru dağıdır

Suzukanın birinci sektorundakı ardıcıl “S” döngələri ritmin əhəmiyyətini göstərir. Pilot ilk döngəyə yanlış xəttlə daxil olduqda növbəti döngəyə uyğun mövqe tuta bilmir və vaxt itkisi zəncirvari artır. Spoon, Degner və 130R kimi hissələr yüksək sürətdə inam, dəqiq sükan hərəkəti və sabit aerodinamik balans tələb edir.

“Pirelli” davamlı istiqamət dəyişmələri və yüksək sürətli hissələrin Suzukanı təkərlər üçün ən ağır traslardan birinə çevirdiyini bildirib. “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen də trasda düzgün ritm və tam konsentrasiyanın vacibliyini vurğulayıb.

Ciddə - divarlar arasında yüksək sürət

Ciddə adi şəhər trasları kimi əsasən yavaş döngələrdən ibarət deyil. Burada yüksək sürətli istiqamət dəyişmələri divarların arasında ardıcıl gəlir. 27 döngədən ibarət tras “Formula-1” yarışlarının keçirildiyi ən sürətli şəhər halqalarından biridir.

“Maklaren”in britaniyalı pilotu Lando Norris Ciddəni sürətli və dar tras kimi xarakterizə edib. Görünüşün məhdud olduğu yüksək sürətli döngələr pilotun qarşıdakı hadisəyə reaksiya müddətini azaldır. Ciddənin əsas çətinliyi məhz yüksək sürətlə şəhər trasına xas divarların birləşməsidir.

Mexiko və Qətər - gözlə görünməyən maneələr

Mexiko trası dəniz səviyyəsindən 2200 metrdən artıq yüksəklikdə yerləşir. “Formula-1”in texniki təhlilinə görə, burada hava dəniz səviyyəsindəki traslarla müqayisədə təxminən 25 faiz daha seyrəkdir. Nəticədə qanadlar daha az yerəbasma qüvvəsi yaradır, mühərrik və əyləclərin soyudulması isə çətinləşir.

Qətərdə əsas sınaq yüksək sürətli döngələrin təkərlərə saldığı davamlı yan yük və isti şəraitdir. “Maklaren”in avstraliyalı pilotu Oskar Piastri 57 dövrəlik yarışı təsnifat tempində getməyə bənzədərək onu karyerasının ən ağır sınaqlarından biri adlandırıb. Komanda yoldaşı Lando Norris də yarışın böyük hissəsində maksimum tempin qorunmasının fiziki yükü artırdığını bildirib.

Bütün bunlar göstərir ki, “Formula-1”də trasın çətinliyini yalnız maksimal sürətlə ölçmək mümkün deyil. Bakı pilotdan eyni dövrədə sürət və dəqiqlik, Monako səhvsiz idarəetmə, Sinqapur fiziki dözümlülük, Suzuka ritm, Ciddə yüksək sürətdə cəsarət, Mexiko isə fərqli aerodinamik şəraitə uyğunlaşma tələb edir. Qətərdə buna ağır fiziki yük də əlavə olunur. Məhz bu fərqlər “Formula-1”in ən çətin traslarında bolidin imkanları qədər pilotun bacarığını da həlledici amilə çevirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Sentyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri