Icma.az
close
up
RU
Ümumdünya Qaçqınlar Günü: 300,000 azərbaycanlı hələ də yurdundan didərgindir

Ümumdünya Qaçqınlar Günü: 300,000 azərbaycanlı hələ də yurdundan didərgindir

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1980-ci illərin sonlarından etibarən 1990-cı ilin əvvələrinə qədər etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından çıxarılan təxminən 300,000 azərbaycanlı hələ də didərgin düşmüş vəziyyətdədir və ədalətsiz dünya buna hələ də susur.

Adalet.az xəbər verir ki, İyunun 20-i Ümumdünya Qaçqınlar Günüdür. 4 dekabr 2000-ci ildə BMT Baş Assambleyası iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, silahlı qarşıdurmalar, zorakılıq və təqiblər nəticəsində evlərini tərk edən qaçqın və məcburi köçkünlərin sayı 100 milyonu ötüb.

Azərbaycanın Qaqın problemi mövcuddur.

Dünyada hər 122 nəfərdən biri qaçqın və məcburi köçkün olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqın və məcburi köçkün həyatı yaşayır.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti ən yüksək tribunalardan söylədiyi  tarixi bir çıxışı nəzərinizə çatdırıram: "Tarixi Azərbaycan torpaqları olan Qarabağ və Zəngəzura XX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi 1905, 1918-ci illərdə Azərbaycan əhalisini qorxutmaq və qovmaq məqsədi güdən kütləvi qırğınlar, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir".

Bəli, 1828-ci ildən üzü bəri qacqınlıq bizim xalqın taleyinə yazılmış ən böyük bəla olub.... Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb:


1. Birinci mərhələ 1905-1920-ci illər;
2. İkinci mərhələ 1948-1953-ci illər
3.Üçüncü mərhələ 1988-1992-ci illər.


Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün хüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaхtlarda ermənilərin bu iyrənc siyasətinin arхasında duran məqsədləri dərk etməyib. Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaхt Qərbi Azərbaycanın-indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib.

Hazırda Qəmərli-Artaşat, Arpaçay-Aхuryan, Kəvər-Kamo, Basarkeçər-Vardenis, Allahverdi-Tumanyan, Aşağı Qaranlıq-Martuni, Qarakilsə-Sisian, Hamamlı-Spitak kimi dəyişdirilərək erməniləşdirilib. Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıb. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Birləşmiş Millətlər Təşkilatına, YUNESKO-ya, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və dünya ictimaiyyətinə müraciətlərlər göndərilsə də nəticə hələ ki, yoxdur.


Qeyd edək ki, sonuncu deportasiyadan sonra (1988-1992-ci illər) 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Bundan başqa isə ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləridir. Bununla yanaşı sığınacaq axtaran qaçqınlar isə ölkəmizdə 11 minə yaxındır və bu say artmaqdadır.

1992-ci ildən bəri Ermənistan və onun havadarlarının köməkliyi ilə Qarabağ işğal edilərkən 1 milyona yaxın qarabağlı yurdunu tərk edərək Azərbaycanın 67-yə yaxın rayonunda məcburən məskunlaşmalı oldular. Bir sözlə, 1988-ci ildən üzü bəri Azərbaycan həm qaçqınlara, həm də məcburi köçkünlərə ev sahibliyi etdi. Dünya isə həmişəki kimi bu haqsızlığa susdu.

Artıq Azərbaycanın "köçkün" problemi yoxdur!

Ümidimizi üzmürük! Bir gün Azərbaycanın qaçqınlar problemi də öz həllini tapacağına inanırıq!

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 İyun 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri