Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Türk Ağsaqqalları Birliyinin sədri, Əməkdar elm xadimi, professor Sudeif İmamverdiyev ilə BDU tələbələrinin görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Vurğulayıb ki, Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə və gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti də bu işə öz layiqli töhfəsini verir.

BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə çıxışında həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin BDU-ya göstərdiyi diqqət və qayğıdan danışıb.

Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində təhsil siyasətindən bəhs edib. O bildirib ki, bu siyasət ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib: “Ulu Öndər 1969-1982-ci illərdə kadrların milliləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdi. Dövlət qurumlarında azərbaycanlı kadrlar irəli çəkildi, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ana dilimizə diqqət artırıldı, çoxlu təhsil müəssisələri açıldı, iqtisadiyyatımız inkişaf etdi. Bütün bunlar müstəqil dövlətin təməl daşları idi”.

Qeyd olunub ki, müstəqillik illərində Ulu Öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik yarandı.

“Ümummilli Liderin Azərbaycan xalqına ən böyük ərməğanı isə özündən sonra Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsidir. O siyasi varis ki, ata vəsiyyətini yerinə yetirərək, 30 illik erməni işğalına son qoydu, suverenliyimizi bərpa edərək, tarixi Qələbəni Azərbaycana yaşatdı”, - deyə Türk Ağsaqqalları Birliyinin sədri vurğulayıb.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Dekabr 2024 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri