Icma.az
close
up
RU
“Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu”

“Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu”

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Naxçıvan Dövlət Texniki Kollecində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər və Suraxanı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin konstitusion dövlət modeli: Qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yolu” adlı konfrans keçirilib.Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

YAP Suraxanı rayon təşkilatının nümayəndə heyətini Naxçıvan şəhərinə səfəri münasibəti ilə salamlayan YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli iki yerli təşkilat arasında ilk dəfə birgə konfransın keçirilməsinə toxunaraq, bugünkü səfəri və konfransı gələcəkdə qarşılıqlı münasibətlərin daha fəal və səmərəli şəkildə qurulmasında mühüm təcrübə kimi qiymətləndirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş böyük şəxsiyyət olub. Azərbaycana rəhbərliyinin bütün dövrlərində Ulu Öndər özünün qeyri-adi idarəçilik bacarığı və uzaqgörən qərarları ilə qısa müddətdə respublikamızın sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrinin inkişafında böyük irəliləyişə nail oldu.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qonaqpərvərliyə görə öz dərin minnətdarlığını bildirərək qeyd edib ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Naxçıvanın davamlı inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olub.
Konfransda çıxış edən partiya fəalları Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımlardan danışıblar.
Tədbir Naxçıvan Dövlət Filarmoniyasının mədəniyyət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see167

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri