Icma.az
close
up
RU
UNEC də inklüziv tədbir: Bu dəfə Analar danışacaq

UNEC də inklüziv tədbir: Bu dəfə Analar danışacaq

Icma.az, Modern.az saytına istinadən bildirir.

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC Tələbə Həmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova tədbirin açılışını etdikdən sonra, İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova tədbir barədə məlumat verib. Bildirib ki, tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarının yaşadıqları çətinlikləri və övladlarının qazandıqları uğurları bölüşmələrinə imkan yaratmaqdır. Əlilliyi olan şəxslərin təhsilə və cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açan S.Məhsimova UNEC-də inklüziv təhsil sahəsində nümunəvi modelin tətbiq edildiyini diqqətə çatdırıb. O, əlilliyi olan gənclərin UNEC-in bütün təhsil, eləcə də sosial imkanlarından bərabərhüquqlu istifadə etməsi üçün bütün imkanların yaradıldığını və infrastrukturun təmin edildiyini bildirib.

Sonra tədbirdə iştirak edən analar övladları ilə birlikdə keçdikləri çətinliklərdən danışıblar,  qarşılaşdıqları maneələri aşmağın yolları barədə həyat təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən AR Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyinin departament rəhbəri Tünzalə Verdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri Azadə Məmmədova, “Zəfər” İB sədri Pərvanə Salmanqızı, terapevt və osteopat Elfanə Süleymanova və digər qonaqlar tədbirin əhəmiyyətini vurğulayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının təşviq edilməsinin vacibliyini bildiriblər. Onlar həmçinin belə tədbirlərin ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək və təhsil imkanlarının hər kəs üçün bərabər olmasını təmin etmək baxımından müstəsna rol oynadığını ifadə ediblər.

Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və “Bacarıqlı Əllər” İctimai Birliyinin hazırladıqları proqramla davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri