Icma.az
close
up
RU
UNEC 95: Ali təhsilin yeni dövrü

UNEC 95: Ali təhsilin yeni dövrü

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 may, AZƏRTAC

Ölkəmizin ali təhsil sistemində xüsusi nüfuzu olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il yaradılmasının 95 illik yubileyini qeyd edir. UNEC bu illər ərzində dərin təhsil ənənələrinə söykənən, milli iqtisadiyyatın inkişafında mühüm rol oynayan və peşəkar kadr hazırlığı sahəsində etibarlı ünvan kimi tanınan ali təhsil müəssisəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayevanın “UNEC 95: Ali təhsilin yeni dövrü” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

1930-cu ildə fəaliyyətə başlayan universitet ötən onilliklər ərzində ölkənin iqtisadi potensialının formalaşmasına misilsiz töhfələr verib, minlərlə yüksəkixtisaslı iqtisadçı mütəxəssis yetişdirib. Universitetin məzunları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində – maliyyə, bank, vergi, dövlət idarəçiliyi, sahibkarlıq və elmi-tədqiqat sahələrində uğurla çalışaraq Azərbaycanın iqtisadi inkişafında müstəsna xidmətlər göstəriblər.

UNEC təkcə mütəxəssis hazırlığı ilə kifayətlənməyib, eyni zamanda, tədqiqat yönümlü ali təhsil müəssisəsi kimi formalaşaraq, ölkənin elmi və intellektual potensialında güclü təməllər yaradıb. Universitetin müasir tədris strategiyasında qlobal əmək bazarına inteqrasiya, rəqəmsallaşma, innovasiya və çevik idarəetmə prinsipləri aparıcı yer tutur. UNEC-in 95 illik yubileyi isə yalnız zəngin keçmişin deyil, həm də bu gün əldə olunan nailiyyətlərin və gələcəyə istiqamətlənmiş inkişaf hədəflərinin parlaq təcəssümüdür.

2014-cü ildən etibarən UNEC-də həyata keçirilən dərin və məqsədyönlü islahatlar nəticəsində bir sıra mühüm nailiyyətlər əldə edilib. Bu islahatlar əmək məhsuldarlığının əhəmiyyətli dərəcədə artmasına, idarəetmə sisteminin müasirləşdirilərək daha çevik və şəffaf mexanizmlər əsasında təşkilinə, tələbə nailiyyətlərinə əsaslanan tədris modelinin formalaşmasına və ümumilikdə təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Bu nailiyyətlərin arxasında dayanan əsas amillərdən biri düzgün müəyyən edilmiş strateji baxış və çağırışlara uyğun çevik idarəetmə yanaşmasıdır.

Məhz çevik idarəetmə və vizioner yanaşma nəticəsində UNEC bu gün təkcə ölkənin deyil, regionun da qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. Bu uğurlu inkişafın əsasında isə rektor professor Ədalət Muradovun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü struktur və idarəetmə islahatları dayanır. Bu islahatlar çərçivəsində “Diferensial əməkhaqqı sistemi” və “Elektron universitet” modeli tətbiq olunub, nəticədə müasir idarəetmə mexanizmləri formalaşdırılıb, şəffaflığın təmin edilməsi və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bununla yanaşı, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrə görə müəlliflərin mükafatlandırılması mexanizmi tətbiq edilib, bu isə UNEC-də elmi potensialın gücləndirilməsinə, eyni zamanda, professional yanaşmada güclü motivasiya yaradıb. UNEC ölkədə elektron idarəetməni sistemli şəkildə tətbiq edən ilk ali təhsil müəssisəsidir. Burada yaradılmış “bir pəncərə” xidmətləri, rəqəmsal sənəd dövriyyəsi, onlayn qəbul sistemləri, müəllim və tələbələr üçün açıq reytinq mexanizmləri şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinə xidmət edir. Texnoloji infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində istifadəyə verilmiş “UNEC Extern” Mərkəzi tələbələrə məsafədən təhsil almaq imkanı yaradıb, 24 saat fasiləsiz fəaliyyət göstərən “UNEC 24/7 Kitabxanası” isə elmi və intellektual inkişaf üçün tələbə və tədqiqatçılara geniş resurslar təqdim edib. Bütün bu addımlar UNEC-in rəqəmsallaşma, çevik idarəetmə və elmi inkişaf strategiyasının real nəticəsi kimi dəyərləndirilə bilər.

Bütün bu yeniliklər UNEC-in yalnız bu günün deyil, həm də gələcəyin tələblərinə cavab verən ali təhsil modeli kimi formalaşmasına xidmət edir. UNEC-in beynəlxalq əlaqələrinin gücləndirilməsi istiqamətində son illərdə ardıcıl və məqsədyönlü addımlar atılıb. Universitetin beynəlxalq proqramlarda fəal iştirakı nəticəsində Avropanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramları uğurla həyata keçirilir. Bu proqramlar UNEC tələbələrinə yalnız nəzəri biliklər əldə etməklə məhdudlaşmayaraq, eyni zamanda, beynəlxalq təcrübə qazanmaq, qlobal əmək bazarına inteqrasiya olunmaq və peşəkar dünyagörüşlərini genişləndirmək üçün geniş imkanlar yaradır.

Bu istiqamətdə görülən ardıcıl və məqsədyönlü işlər beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirməklə yalnız “beyin axını” prosesinin qarşısının alınmasına deyil, eyni zamanda, elmi potensialın ölkəyə qayıtmasına əlverişli zəmin yaradıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində səsləndirdiyi mühüm çağırış – “İqtisadiyyatı irəli aparmaq üçün, dünyanın mürəkkəb maliyyə sisteminə, iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır” – bu gün də UNEC-in strateji inkişaf xəttində əsas yol göstərici kimi qalmaqdadır.

Məhz bu uzaqgörən çağırışdan irəli gələrək, UNEC-də xarici dillərin tədrisinə xüsusi önəm verilir. Bu istiqamətdə aparılan fəaliyyətin başlıca məqsədi tələbələrin yalnız dil biliklərinə yiyələnməsi ilə kifayətlənməməsi, həm də həmin biliklərdən səmərəli şəkildə istifadə etməklə qlobal elmi və iqtisadi mühitə inteqrasiya olunmalarıdır. Xarici dil bacarıqları UNEC tələbələri üçün beynəlxalq miqyasda rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmağın ayrılmaz tərkib hissəsinə çevrilib. Bu istiqamətdə atılan addımlar UNEC-in qlobal əmək bazarının tələblərinə cavab verən, çoxdilli və müasir kompetensiyalara malik mütəxəssislər yetişdirmək missiyasını bir daha nümayiş etdirir və Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı müəyyən etdiyi strateji hədəflərin gerçəkləşdirilməsinə xidmət edir.

Bu strateji yanaşmanın davamı olaraq, UNEC-də son illərdə həyata keçirilən innovativ tədris layihələri və müasir pedaqoji modellər universitetin tədris mühitində keyfiyyət və effektivliyin artırılmasına xidmət edir. Bu layihələr arasında tələbələrin özünüidarəetmə, tənqidi düşünmə və fəal iştirak bacarıqlarını inkişaf etdirən Çevrilmiş tədris (Flipped Learning) modeli, eləcə də onları real problemlər üzərində komanda şəklində işləməyə, araşdırma aparmağa və yaradıcı həllər təqdim etməyə təşviq edən, nəticədə liderlik və təqdimat bacarıqlarını gücləndirən Layihəəsaslı tədris (Project-Based Learning – PBL) metodikası xüsusi yer tutur.

Dünyada geniş tətbiq olunan bu müasir tədris modelləri tələbələrə yalnız nəzəri biliklər əldə etməklə kifayətlənməyərək, həm də həmin bilikləri praktikada tətbiq etmək, analitik düşünmək, komanda işində düzgün və səmərəli işgüzar kommunikasiya vərdişlərini inkişaf etdirmək imkanları qazandırır. UNEC-də bu yanaşmaların tətbiqi universitetin tədris prosesini keyfiyyətcə yeni mərhələyə daşıyaraq onu beynəlxalq təhsil məkanında rəqabətədavamlı ali təhsil müəssisəsinə çevirib. Bu gün UNEC yalnız ölkənin iqtisadi mühitinə strateji dəstək verən güclü bir tədris və tədqiqat mərkəzi deyil, eyni zamanda, beynəlxalq elmi-akademik məkanda tanınan, innovativ yanaşmaları və qabaqcıl təhsil mühiti ilə seçilən nüfuzlu bir universitetdir.

Bütün bu uğurlar UNEC-in inkişafında yeni bir mərhələnin başlanğıcını simvolizə edir. Bu mərhələ universitetin elmi-tədqiqat potensialının daha da gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli inkişaf strategiyalarına verdiyi töhfələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məhz bu baxış bucağından yanaşdıqda UNEC-in keçdiyi yol, bu gün əldə etdiyi mövqe və qarşıya qoyduğu məqsədlər gələcəyə inamla baxmağa əsas verir.

UNEC ailəsinin bir üzvü olaraq belə nüfuzlu, innovasiyalara açıq və milli dəyərlərə sadiq bir ali təhsil müəssisəsində fəaliyyət göstərməkdən böyük qürur duyuram.

Bu universitet təkcə şərəfli tarixi ilə deyil, eyni zamanda, müasir çağırışlara verdiyi cavablar və strateji baxışı ilə də Azərbaycan təhsil sisteminin aparıcı qüvvələrindən biri olduğunu sübut edir.

UNEC-in 95 illik yubileyi sadəcə bir tarixi mərhələ deyil, həm də bu universitetin gələcəyə açılan parlaq yolunun rəmzidir. Əminik ki, UNEC gələcək illərdə də elmi və akademik uğurları ilə ölkəmizin inkişafına mühüm töhfələr verəcək, yeni biliklərə, yüksək məqsədlərə və milli dəyərlərə sadiq nəsillərin yetişdirilməsində öncül mövqeyini qoruyub saxlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see496

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see360

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see356

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see334

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see306

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see306

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see292

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see283

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see274

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see252

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see227

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri