Icma.az
close
up
RU
UNEC də yenilik: Dizayn təhsilində təzə mərhələ

UNEC də yenilik: Dizayn təhsilində təzə mərhələ

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (Project-Based Learning – PBL) metodunun tətbiqinə həsr olunmuş hesabat sərgisi təşkil olunub.

Modern.az xəbər verir ki, “Öyrən, yarat, uğur qazan: Gələcək səninlə başlayır” adlı hesabat sərgisində tələbələrin semestr ərzindəki əl işləri, qrafik dizayn proqramları və süni intellekt vasitəsilə hazırladıqları 64 layihə iştirakçıların diqqətinə təqdim edilib. Sərginin əsas məqsədi PBL yanaşmasının tələbələrin yaradıcı potensialının və dizayn bacarıqlarının inkişafına verdiyi töhfəni nümayiş etdirmək olub.

Sərgi ilə tanış olan UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin layihələrini yüksək qiymətləndirərək, bu tip innovativ ideyaların əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Layihələrini təqdim olunan tələbələr PBL yanaşmasının onlara praktiki bilik və bacarıqlar qazandırmaqla yanaşı, yaradıcı düşüncələrini reallaşdırmaq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.  

Layihə Əsaslı Öyrənmə (PBL) metodunun hesabat-sərgisində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, təhsildə yeni yanaşmalar olmadan keyfiyyətli təhsil və yüksək nəticə əldə etmək mümkün deyil. O, təhsildə köklü islahatlara ehtiyac olduğunu xüsusi vurğulayıb: “Əsas hədəf fundamental dəyişikliklər edərək tələbəmərkəzli təhsilə keçiddir. Sürətlə dəyişən dünyada nəzəri biliklər ildən-ilə dəyişir, dəyişməyən isə bacarıqlardır. Müəllim-tələbə münasibətləri də bu dəyişikliklər fonunda yeni müstəviyə keçir.”

Rektor qeyd edib ki, Layihə Əsaslı Öyrənmə modeli bu dəyişikliklərə cavab olaraq UNEC-də uğurla tətbiq olunur və ənənəvi sistemlə təhsil alan tələbələrlə müqayisədə daha yüksək nəticələr verir. Bu metod çərçivəsində tələbələr layihə üzərində işləyərək, öz ideyalarını reallaşdırmaq imkanı qazanırlar. Ədalət Muradov bildirib ki, PBL yanaşması öyrənməyi öyrənmək, yaradıcı düşünmək və komanda şəklində işləmək kimi mühüm kompetensiyaların formalaşmasında önəmli rol oynayır.

Rektor bu metodun tətbiqinin xüsusilə süni intellektin tədrisə inteqrasiyası baxımından da çox faydalı olduğunu qeyd edib: “Bu imkanlar sayəsində tələbələr müasir texnologiyalarla işləmə bacarıqlarını artırır, innovativ həllər üzərində düşünür və daha çevik düşüncə tərzi formalaşdırırlar. Bu cür layihələrin gələcəkdə real müəssisələrlə əməkdaşlıq şəklində genişləndirilməsi mümkündür. Belə əməkdaşlıqlar tələbələrin həm ixtisasları üzrə praktiki təcrübə qazanması, həm də iş dünyasına daha hazırlıqlı olması baxımından olduqca faydalıdır”.

Sonda Ədalət Muradov tələbəmərkəzli, bacarıq yönümlü təhsilin gələcəyin əsas istiqaməti olduğunu bir daha vurğulayıb.

UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova çıxışında bildirib ki, bu ilin fevral ayından Layihə Əsaslı (PjBL) və Problem Əsaslı (PBL) model çərçivəsində Dizayn Məktəbində 6 fənn üzrə 11 qrupda dərslər PBL metodologiyası ilə təşkil olunub. O qeyd edib ki, tələbələr real problemlər üzərində işləyərək öz ideyalarını təqdim ediblər, prototiplər hazırlayıblar və təqdimat bacarıqlarını gücləndiriblər. Lalə Məmmədova bu metodun tətbiqinin imtahan nəticələrinə də müsbət təsir etdiyini vurğulayıb.

“Dizayn” kafedrasının müəllimi və PBL metodiki işlərinə rəhbərlik edən Sənubər Şəfiyeva layihənin tətbiqi nəticəsində əldə olunan yeniliklərdən söz açıb. O, Layihə Əsaslı Öyrənmənın dizayn təhsilində yaradıcılığın praktiki bacarıqlarla vəhdətindəki rolundan söz açıb. Bu metodun tələbəyə ideya formalaşdırmaqla yanaşı, onu vizual və funksional şəkildə təqdim etməyi öyrətdiyini qeyd edib.

Çıxışlardan sonra PBL qruplarında tədris olunan Moda və stil fənni üzrə “Transformer geyim” adlı moda kolleksiyası nümayiş olunub. “Dizayn” kafedrasının müəllimi Aytən Yusifkənanın rəhbərliyi ilə tələbələrin eskizləri əsasında hazırlanan geyim modellərini iştirakçılar böyük maraqla qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:306
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see418

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see269

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see267

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see262

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see253

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see250

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see248

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see244

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see243

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see241

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see238

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see237

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see233

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see220

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see217

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see198

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see194

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see188

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see169

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri