Icma.az
close
up
RU
UNEC Dizayn Məktəbində sərgi FOTO

UNEC Dizayn Məktəbində sərgi FOTO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UNEC Dizayn Məktəbində Layihə Əsaslı Öyrənmə (PBL) metodu üzrə təhsil alan tələbələrin II hesabat-sərgisi təşkil olunub.

Modern.az xəbər verir ki, tədbirdə UNEC rektoru, professor Ədalət Muradov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev və digər qonaqlar iştirak ediblər.

İştirakçılar əvvəlcə dizayn tələbələrin əl işlərindən ibarət zəngin sərgi ilə tanış olublar. Sərgidə ahıllar və əlliliyi olan şəxsləri əhatə edən sosial layihələr, qrafik dizayn işləri, rebrendinq və geyim nümunələri, ətraf mühitin qorunması, həmçinin Qarabağın bərpası üçün hazırlanmış sosial yönümlü layihələr nümayiş olunub. Tələbələrin Qarabağın bərpası məqsədilə hazırladıqları ahıllar evi modeli, inklüziv ev, innovasiya kitabxanası və digər layihələr xüsusi maraqla qarşılanıb.

Tədbirin açılışında çıxış edən Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Layihə Əsaslı Tədris (PBL) yanaşmasının tələbələrə qazandırdığı bacarıqlardan danışıb. O, PBL-in tələbələrin tənqidi düşünmə, yaradıcılıq və komanda şəklində işləmə bacarıqlarını inkişaf etdirdiyini, həmçinin real həyat problemlərini həll etməyə hazırladığını vurğulayıb.

UNEC-in rektoru, professor Ədalət Muradov dizayn ixtisası üzrə təhsil alan tələbələrin tədrisində tətbiq olunan PBL yanaşmasından və əldə olunan müsbət nəticələrdən söz açıb. O vurğulayıb ki, universitetin əsas məqsədi yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlara sahib, fərqli düşünməyi bacaran və cəmiyyətin problemlərinin həllində fəal iştirak edən gənclər yetişdirməkdir.

Rektor qeyd edib ki, Layihə Əsaslı Tədris yanaşması gözləniləndən daha yüksək nəticələr verib. O sərgidə nümayiş olunan layihələrin tələbələrin dərs prosesi zamanı icra etdikləri real işlər olduğunu vurğulayıb.

Ə.Muradov tələbələrin layihələrdə ahıl və əlilliyi olan şəxslər, eləcə də Qarabağın bərpası kimi aktual məsələlərə toxunduqlarını yüksək qiymətləndirib: “Tələbələrimiz cəmiyyətdə mövcud olan problemləri anlayırlar və onu həlli etməyə çalışırlar, bu da onların fərqini, dəyərini göstərir. PBL yanaşması tələbələrimizin daha güclü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Mən çox məmnunam ki, biz tələbələrimizə potensiallarını reallaşdırmaq üçün əlverişli mühit yarada bilmişik”-, deyə rektor bildirib.

Qarabağın bərpası mövzusunda irəli sürülən təşəbbüslərə xüsusi diqqət ayıran Ədalət Muradov bildirib ki, universitet tərəfindən tələbələrin layihələrinin reallaşdırılmasına hərtərəfli dəstək göstəriləcək. O, sərginin Qarabağda da təşkil olunması təklifini səsləndirərək, bu təşəbbüsün gənclərin sosial məsuliyyətini daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətini vurğulayıb.

Sonra UNEC-in Təhsil və təlim mükəmməlliyi şöbəsinin müdiri, PBL layihəsinin koordinatoru, metodist Sənubər Səfiyeva çıxış edərək PBL yanaşmasının üstünlüklərindən danışıb: “Sosial layihələrdə biz cəmiyyətimiz üçün faydalı tədbirlər həyata keçiririk. Bu layihələr gənclərimizə cəmiyyətin real problemləri ilə birbaşa üzləşmək, empatiya bacarıqlarını inkişaf etdirmək və cəmiyyətin bir hissəsi kimi özlərini hiss etmək imkanı verir”, - deyə bildirib.

Tədbir tələbələrin sosial faydalı qrafik dizayn layihələrinin təqdimatları ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri