Icma.az
close
up
RU
UNEC in Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

UNEC in Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib. Rektor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O, yeni tədris ilində UNEC-ə bakalavriatura, magistratura səviyyəsinə qəbulun, eləcə də əcnəbi tələbələrin qəbulunun uğurla aparıldığını bildirib. Rektor yeni tədris ilində universitetdə bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Elmi şurada UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin yaz semestrinin sessiya imtahanlarının nəticələri haqqında hesabatla çıxış edib.

Sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 2024/2025-ci tədris ilinin yay semestrinin yekunları haqqında məlumat verib. Bildirib ki, yay semestrində UNEC, Zaqatala filialı və digər universitetlərdən ümumilikdə 1098 tələbə iştirak edib. O qeyd edib ki, ölkə üzrə yay məktəbinə müraciət edən tələbə sayı ən çox UNEC-in payına düşür. Hesabatda bildirilib ki, hibrid formada təşkil olunan yay semestrində 34,6 faiz tələbə dərsləri ənənəvi, 65,2 faizi onlayn, 2 faiz isə qarışıq formada dinləyib.

Tədris üzrə prorektor Gəray Musayev isə yeni tədris ilində qarşıda duran vəzifələr haqqında danışıb. Bildirib ki, II kursda təhsil alan tələbələr üçün “Xarici (ingilis, alman, fransız, rus) dildə işgüzar və akademik kommunikasiya” - IV (XDİAK) fənni üzrə imtahanlar Aptis imtahan formatında Britaniya Şurası tərəfindən aparılacaq. Eyni zamanda, bu tədris ilində ixtisas, eləcə də seçmə ixtisas fənlərinin imtahanları yazılı, qeyri-ixtisas fənlərinin imtahanları isə test formasında təşkil olunacaq. Prorektor bu istiqamətdə həyata keçiriləcək tədbirləri də şura üzvlərinin diqqətinə çatdırıb.

Şurada Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova XDİAK fənninin qiymətləndirilməsi ilə bağlı qaydalara dair təklifləri səsləndirib.

İclasda, həmçinin “Tələbə-dekan fəaliyyəti və seçkilərinin keçirilməsi haqqında” Əsasnamə, eləcə də “UNEC Karyera və İnkişaf” təşkilatı haqqında Əsasnamə təsdiq edilib.

Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see212

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see211

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see124

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri