Icma.az
close
up
RU
UNEC in Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

UNEC in Elmi şurası yeni tədris ilində qarşıda duran vəzifələri müzakirə edib

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi şurasının yeni tədris ilində ilk iclası keçirilib.

Bu barədə 525.az-a UNEC-dən bildirilib. Rektor Ədalət Muradov universitetdə həyata keçirilən yeniliklərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O, yeni tədris ilində UNEC-ə bakalavriatura, magistratura səviyyəsinə qəbulun, eləcə də əcnəbi tələbələrin qəbulunun uğurla aparıldığını bildirib. Rektor yeni tədris ilində universitetdə bir sıra yeniliklərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Elmi şurada UNEC İmtahan mərkəzinin direktoru Tahir Bədəlov 2024/2025-ci tədris ilinin yaz semestrinin sessiya imtahanlarının nəticələri haqqında hesabatla çıxış edib.

Sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev 2024/2025-ci tədris ilinin yay semestrinin yekunları haqqında məlumat verib. Bildirib ki, yay semestrində UNEC, Zaqatala filialı və digər universitetlərdən ümumilikdə 1098 tələbə iştirak edib. O qeyd edib ki, ölkə üzrə yay məktəbinə müraciət edən tələbə sayı ən çox UNEC-in payına düşür. Hesabatda bildirilib ki, hibrid formada təşkil olunan yay semestrində 34,6 faiz tələbə dərsləri ənənəvi, 65,2 faizi onlayn, 2 faiz isə qarışıq formada dinləyib.

Tədris üzrə prorektor Gəray Musayev isə yeni tədris ilində qarşıda duran vəzifələr haqqında danışıb. Bildirib ki, II kursda təhsil alan tələbələr üçün “Xarici (ingilis, alman, fransız, rus) dildə işgüzar və akademik kommunikasiya” - IV (XDİAK) fənni üzrə imtahanlar Aptis imtahan formatında Britaniya Şurası tərəfindən aparılacaq. Eyni zamanda, bu tədris ilində ixtisas, eləcə də seçmə ixtisas fənlərinin imtahanları yazılı, qeyri-ixtisas fənlərinin imtahanları isə test formasında təşkil olunacaq. Prorektor bu istiqamətdə həyata keçiriləcək tədbirləri də şura üzvlərinin diqqətinə çatdırıb.

Şurada Xarici Dillər Departamentinin direktoru Aysel Xəlilova XDİAK fənninin qiymətləndirilməsi ilə bağlı qaydalara dair təklifləri səsləndirib.

İclasda, həmçinin “Tələbə-dekan fəaliyyəti və seçkilərinin keçirilməsi haqqında” Əsasnamə, eləcə də “UNEC Karyera və İnkişaf” təşkilatı haqqında Əsasnamə təsdiq edilib.

Elmi şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see288

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see267

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see196

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see192

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see184

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see155

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see155

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see150

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see149

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see147

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see145

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see139

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see139

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see137

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see136

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri