UNEC rektoru Çində işgüzar səfərdədir
Icma.az, 525.az portalına istinadən məlumat verir.
UNEC rektoru professor Ədalət Muradov Asiya Elmlər Akademiyasının (AEA) Baş Assambleyasında və “Bir kəmər, bir yol: Ortaq elmi və texnoloji gələcəyin formalaşdırılması” mövzusunda Birinci Asiya Yüksək Səviyyəli Elmi Forumda (FAH-LSF-26) iştirak etmək məqsədilə Çində işgüzar səfərdədir.
525.az xəbər verir ki, forumun ilk günündə AEA prezidenti Elçin Xəlilovun açılış nitqindən sonra Nobel mükafatı laureatları Rae Kwon Chung (Cənubi Koreya) və Takaaki Kajita (Yaponiya), UNESCO Elm laureatı Atta-ur-Rahman, Özbəkistan, Pakistan, Tacikistan, Gürcüstan, Monqolustan və Başqırdıstanın elmi qurumlarının rəhbərləri, eləcə də digər tanınmış alimlər çıxış edərək forumun əhəmiyyəti və elmi əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Səfər çərçivəsində rektor Ədalət Muradov Nobel mükafatı laureatı, professor Rae Kwon Chung ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edib. Beynəlxalq “Global Energy Prize” Komitəsinin sədri, Ban Ki-Moon Fondunun direktoru və İnçon Milli Universitetinin fəxri professoru olan Rae Kwon Chung-un UNEC-ə səfəri və universitetdə müvafiq mövzular üzrə müzakirələrin təşkili barədə razılıq əldə olunub.
Forumda professor Rae Kwon Chung “30 COP təcrübəsindən əldə olunan nəticələr və yeni baxış” (“Lessons Learned from 30 COPs & A New Vision”) mövzusunda çıxış edib. O, karbon emissiyalarına görə məsuliyyətin müəyyənləşdirilməsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqləri nəzərə alan yeni metodologiyanın tətbiqini təklif edib.
Qeyd edək ki, forum elmi və texnoloji əməkdaşlığın genişləndirilməsi, qlobal çağırışlara birgə həll yollarının axtarılması və Asiya ölkələri arasında elmi əlaqələrin inkişafı baxımından mühüm platformadır.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















