Icma.az
close
up
RU
UNEC in rektoru Çində işgüzar səfərdədir FOTOLAR

UNEC in rektoru Çində işgüzar səfərdədir FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

"Unikal" xəbər verir ki, səfərin məqsədi təhsilin keyfiyyətinin artırılması, tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq, bu istiqamətdə faydalı əməkdaşlıqlar qurmaq, eləcə də çinli gəncləri UNEC-də təhsil cəlb etmək olub.

Səfərin ilk günündə UNEC nümayəndə heyəti Lanzhou Şimal-Qərb Normal Universitetində (Northwest Normal University) olub. 31 min tələbənin təhsil aldığı və MBA proqramı üzrə Çinin ən yaxşı universitetlərindən olan LŞQNU ilə UNEC  arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, MBA proqramı, iqtisadiyyat və menecment üzrə birgə kadr hazırlığı, "CFA Talents" layihəsinin reallaşdırılması, eləcə də tələbə-müəllim mübadiləsinə başlamağa dair razılıq əldə edilib.

UNEC nümayəndə heyəti Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində də (Lanzhou University of Finance and Economics) görüşlər keçirib. Geniş tərkibdə aparılan müzakirələrin yekununda UNEC və Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında ikili diplom proqramına başlamaq barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Səfər çərçivəsində UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində Çin-Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin (China-Azerbaijan Education Cooperation Center) açılışı olub. Mərkəzin əsas missiyası hər iki universitetdə, eləcə də ali təhsil sahəsində yenilikləri paylaşmaq, müasir təhsil texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq etmək, rəqəmsal və ağıllı təhsilə keçidlə bağlı təcrübə mübadiləsi aparmaqdır.

Çinə səfər zamanı qurulan ən əhəmiyyətli əməkdaşlıqlardan biri də Lanzhouda UNEC-in nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin əsas missiyası çinli gəncləri UNEC-də təhsil almağa təşviq etmək və bu ali təhsil müəssisəsinin üstünlükləri barədə onları məlumatlandırmaqdır. Açılış mərasimində Lanzhoudakı UNEC-in nümayəndəliyinin rəhbəri Dr. Renying Li iştirakçılara təqdim edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri