Icma.az
close
up
RU
UNEC in rektoru Çində səfərdədir: Lanzhouda mühüm əməkdaşlıqlara imza atılıb

UNEC in rektoru Çində səfərdədir: Lanzhouda mühüm əməkdaşlıqlara imza atılıb

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasındadır.

Universitetdən AZƏRTAC-a bildirilib ki, səfərin məqsədi təhsilin keyfiyyətinin artırılması, tədqiqatların stimullaşdırılması, müasir təhsil texnologiyalarının (EdTech) tətbiqi və yeniliklər sahəsində Çin universitetlərinin təcrübəsi ilə tanış olmaq, bu istiqamətdə faydalı əməkdaşlıq əlaqələri qurmaq, eləcə də çinli gəncləri UNEC-də təhsil cəlb etmək olub.

Səfərin ilk günündə UNEC nümayəndə heyəti Lanzhou Şimal-Qərb Normal Universitetində (LŞQNU) olub. Otuz bir min tələbənin təhsil aldığı və MBA proqramı üzrə Çinin ən yaxşı universitetlərindən olan LŞQNU ilə UNEC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq, MBA proqramı, iqtisadiyyat və menecment üzrə birgə kadr hazırlığı, “CFA Talents” layihəsinin reallaşdırılması, eləcə də tələbə-müəllim mübadiləsinə başlamağa dair razılıq əldə edilib.

UNEC nümayəndə heyəti Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində də görüşlər keçirib. Geniş tərkibdə aparılan müzakirələrin yekununda UNEC və Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında ikili diplom proqramına başlamaq barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Səfər çərçivəsində UNEC-in rektoru professor Ədalət Muradovun iştirakı ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universitetində Çin-Azərbaycan Təhsil Əməkdaşlığı Mərkəzinin açılışı olub. Mərkəzin əsas missiyası hər iki universitetdə, eləcə də ali təhsil sahəsində yenilikləri paylaşmaq, müasir təhsil texnologiyalarının tətbiqi sahəsində əməkdaşlıq etmək, rəqəmsal və ağıllı təhsilə keçidlə bağlı təcrübə mübadiləsi aparmaqdır.

Çinə səfər zamanı qurulan ən əhəmiyyətli əməkdaşlıqlardan biri də Lanzhouda UNEC-in nümayəndəliyinin açılışı olub. Nümayəndəliyin əsas missiyası çinli gəncləri UNEC-də təhsil almağa təşviq etmək və bu ali təhsil müəssisəsinin üstünlükləri barədə onları məlumatlandırmaqdır. Açılış mərasimində Lanzhoudakı UNEC-in nümayəndəliyinin rəhbəri Renying Li iştirakçılara təqdim edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri