Icma.az
close
up
RU
UNECin MBA Proqramı nüfuzlu CFA İnstitutunun akkreditasiyasını əldə etdi!

UNECin MBA Proqramı nüfuzlu CFA İnstitutunun akkreditasiyasını əldə etdi!

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı nüfuzlu Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) akkreditasiyasını qazanıb və İnstitut tərəfindən tərəfdaş universitet kimi qəbul edilib. 

Modern.az xəbər verir ki, UNEC Biznes Məktəbinin Maliyyə, Qiymətli kağızlar, Risk menecmenti və Maliyyə analitikası ixtisaslaşmaları CFA proqramının tələb etdiyi Biliklər Məcmusunu (CBOK) əks etdirdiyi, CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının tələblərinə cavab verdiyi, eləcə də tədris proqramları üzrə magistrantlarını maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu sertifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlaması CFA İnstitutu tərəfindən təsdiqlənib. CFA İnstitutunun tərəfdaşı olaraq, hər il UNEC-in 4 magistri və 4 müəllimi hər 3 səviyyədə CFA proqramının təqaüdlərini əldə edəcəklər.

Qeyd edək ki, UNEC-in MBA Proqramı CFA akkreditasiyasından keçən yeganə Azərbaycan universitetidir.

CFA haqqında: CFA Proqramı maliyyə analitikləri, portfel menecerləri, investisiya məsləhətçiləri və dünyada mövcud olan digər investisiya mütəxəssisləri üçün bacarıq və səriştə standartlarını və tələbləri təyin edir. CFA kvalifikasiyası investisiya peşəsinə verilən ən nüfuzlu və etibarlı sertifikat kimi qəbul edilir. İngilis dilində həyata keçirilən CFA tədris proqramı və imtahanlar bütün dünyada eynidir. Proqrama qəbul edilən 5 namizəddən ən çox 1 nəfəri proqramı tamamlayaraq, investisiya üzrə peşəkarların “qızıl standart” kimi qəbul edilən CFA tam üzvlüyünü qazanmağa müvəffəq olur. UNEC-də 2023/2024-cü tədris ilindən başlayaraq, ACCA və CFA üzrə I, II və III sertifikatı olan magistrlər müvafiq fənləri dinləməkdən və yekun imtahanlardan azad edilirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri