Icma.az
close
up
RU
UNEP neft qaz şirkətlərini metan qazı emissiyası üzrə dünya standartlarına qoşulmağa çağırıb

UNEP neft qaz şirkətlərini metan qazı emissiyası üzrə dünya standartlarına qoşulmağa çağırıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 oktyabr, AZƏRTAC

BMT-nin peyk müşahidələri qlobal istiləşmənin təxminən üçdəbirinə səbəb olan metan qazı emissiyaları üzrə standartları tətbiq edib. Təşkilatın təəssüflə qeyd etdiyinə görə, qlobal neft-qaz şirkətləri və hökumətlər bu standartların yalnız təxminən 12 faizinə əməl edir. Qeyd olunur ki, metan 20 il ərzində karbon qazından 80 dəfə istiləşmə potensialına malik güclü istixana qazıdır və bu səbəbdən onun atmosferə emissiya həcmini azaltmaq daha vacibdir.

AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, metan qazı emissiyasının azaldılması sürətli, nəzərəçarpacaq iqlim faydaları təmin edəcək. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) insan amilinin səbəb olduğu emissiyaları təxminən yarıya qədər azaltmağın yaxın müddətdə iqlim dəyişikliyi ilə mübarizədə ən sərfəli yollarından biri olduğunu bildirir.

UNEP hələ 2022-ci ildə neft-qaz sektorunda metan sızmalarını aşkar etmək üçün peyklə müşahidə sistemini işə salıb. MARS (Metan xəbərdarlığı və reaksiya sistemi) adlandırılan bu proqram görünməz və buna görə də aşkarlanması çətin olan emissiyalar haqqında ödənişsiz, dəqiq məlumat verir. Onun məqsədi şirkətlər və milli hakimiyyət orqanlarının dərhal hərəkətə keçməsidir.

BMT-nin Beynəlxalq Metan Rəsədxanasının çərşənbə günü yayımlanan son hesabatına görə, son bir ildə təcili fəaliyyətə səbəb olan xəbərdarlıqların sayı 11 faiz artıb. UNEP bildirir ki, 2030-cu ilə qədər metan emissiyalarının üçdəbirinin qarşısını almaq məqsədinə nail olmaq üçün daha çox fəaliyyətə ehtiyac var.

UNEP-in rəhbəri İnqer Andersen deyir: “Metan emissiyalarının azaldılması qlobal istiləşməni azalda, uzunmüddətli karbonsuzlaşdırma səyləri üçün daha çox vaxt qazandıra bilər. Hesabatda qeyd olunan mühüm irəliləyiş isə emissiyaların azaldılmasının başlanğıcı olmalıdır”.

Andersen sektordakı bütün şirkətləri dünyanın ən böyük neft və qaz tədarükü bazarı olan Avropa İttifaqında tullantıların həcmini tənzimləmək üçün əsas olan metan emissiyalarının ölçülməsi və azaldılması üzrə dünya standartı – “Oil and Gas Metan Partnership 2.0”a qoşulmağa çağırıb.

MARS sistemi indiyə qədər ölçmənin az olduğu kömür mədənləri və tullantı sahələrindən metan emissiyalarını əhatə etmək üçün genişləndirilir və UNEP hələ də kömürdən istifadə edən polad istehsalı sənayesindən emissiyaların aşkarlanmasını gücləndirir.

BMT agentliyi öz hesabatında qeyd edir ki, polad istehsalında istifadə olunan kömürdən metan emissiyaları üçün aşağı qiymətli həllər mövcuddur, lakin sənayeni karbonsuzlaşdırma səylərində onlar əhəmiyyətli dərəcədə diqqətdən kənarda qalır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri