Icma.az
close
up
RU
UNESCO və ÜMT 2025 ci ili Buzlaqların Mühafizəsi İli elan ediblər AZƏRTAC

UNESCO və ÜMT 2025 ci ili Buzlaqların Mühafizəsi İli elan ediblər AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 yanvar, AZƏRTAC

UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) 2 milyarddan çox insanı şirin su ilə təmin edən həyati əhəmiyyətli buzlaqların qorunması üçün qlobal səylərdə mühüm mərhələni qeyd edən Beynəlxalq Buzlaqların Mühafizəsi İlini rəsmi olaraq elan ediblər.

AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, hər iki təşkilat ilboyu bu qlobal və əlaqələndirilmiş təşəbbüs çərçivəsində buzlaqların kritik rolunu vurğulamağa və onların sürətlə əriməsinin yaratdığı təcili problemləri həll etməyə çalışacaq.

Qlobal şirin suyun təxminən 70 faizi buzlaqlarda və buz təbəqələrində saxlanılır, lakin bu buz birləşmələri iqlimin pozulması səbəbindən sürətlə geri çəkilir. Bu mühüm resursların qorunması ekoloji davamlılıq, iqtisadi sabitlik və mədəniyyətlərin, yaşayış vasitələrinin qorunması üçün vacibdir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da buzlaqların, qarın və buzun iqlim sistemində və su dövranındakı mühüm rolu, eləcə də buz təbəqələrinin sürətlə əriməsinin geniş təsirləri haqqında məlumatlılığı artırmaq üçün 2025-ci ili Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edib.

UNESCO və ÜMT 75-dən çox beynəlxalq təşkilat və 35 ölkə tərəfindən dəstəklənən bu beynəlxalq səyləri əlaqələndirən aparıcı qurumlardır. ÜMT yanvarın 21-də Cenevrədəki qərargahında təqdimat mərasiminə ev sahibliyi edib, UNESCO isə 20-21 mart tarixlərində Parisdəki baş qərargahında ilk Ümumdünya Buzlaqlar Gününün rəsmi təqdimatını keçirəcək. Bu münasibətlə təşkilat Ümumdünya Su Hesabatını buzlaqlar probleminə həsr edəcək, onların yoxa çıxması ilə bağlı yeni məlumatlar və bu problemlə bağlı görülən tədbirlərə ətrafında müzakirələr aparılacaq.

Buzlaqlar bəşəriyyətin yarıdan çoxunu şirin su ilə təmin edir. Onlar geri çəkildikcə, su ekosistemləri, kənd təsərrüfatı və hidroenergetika da daxil olmaqla müxtəlif sektorlara mənfi təsirlər artır. Bu, qısamüddətli sürüşmə, uçqun, daşqın və quraqlıq, habelə milyardlarla insanın su təchizatının təhlükəsizliyinə uzunmüddətli təhlükə ilə müşayiət olunur.

Yerin keçmişinin donmuş zaman kapsulları olan buzlaqlar alimlərə tarixi iqlim nümunələri, atmosfer tərkibi və hətta minlərlə il ərzində insan fəaliyyəti haqqında əvəzsiz məlumatlar verir. Onların yox olması həm də bu xüsusi mühitlərdə təkamül etmiş unikal ekosistemlərin və biomüxtəlifliyin itirilməsi ilə nəticələnir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri