UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025 ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib
Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Buzlaqların, qarın və buzun iqlim sistemində və hidroloji tsikildə kritik rolunu, habelə iqtisadi, sosial və ekoloji vəziyyət haqqında qlobal məlumatlılığı artırmaq məqsədilə BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib.
Buzlaqlar landşaftları və dünyanı formalaşdıran əsas ünsürdür. Onlar iqlim dəyişikliyinin göstəricisi kimi vacibdir, çünki buzlaqlardakı fiziki dəyişikliklər – istər böyüməsi, istərsə də kiçilməsi, irəliləməsi və ya geri çəkilməsi temperatur və yağıntılarda dəyişikliklərin əyani sübutudur.
Buzlaqlar qar yağması zamanı toplaya bildiklərindən daha çox buz itirərsə, okean və dənizlərə daha çox su axması nəticəsində dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Onlar iqlim dəyişikliyinin həssas göstəriciləridir və hazırda sürətlə geri çəkilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 07 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















